Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara görə hazırda dünya əhalisinin 30% tütün çəkir, ildə 6 milyon insan tütün tüstüsünün təsirindən yaranan ağır qeyri-infeksion xəstəliklərdən dünyasını dəyişir və əfsuslar ki, bunlardan 10%-i siqaret çəkməyən, lakin başqalarının tütün tüstüsü ilə nəfəs almaq məcburiyyətində olan insanlardır. Bu dinamika artmaqladır və əgər kompleks tədbirlər görülməzsə 2030-cu ilədək dünya üzrə tütün tüstüsünün təsiri səbəbindən ölənlərin sayı ildə 8 milyondan çox olacaq.
Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyanın 2020 Strategiyasına əsasən Milli Cəmiyyətlərə Qeyriyoluxucu Xəstəliklərlə (QYX) mübarizəyə dair geniş fəaliyyətlərin həyata keçirilməsinə dair tövsiyyələrə mühüm yer ayrılır. Bununla əlaqədar, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Region Mərkəzləri və Rayon Bölmələri vasitəsi ilə yerli dövlət və Qeyri Hökumət təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyət proqramları hazırlanır, həyata keçirilir. Belə ki, AzQAC-in Azərbaycan Respublika Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzi ilə (İSİM) QYX-ə daxil olan tütünlə mübarizə tədbirlərinin gücləndirilməsinə dair əməkdaşlığı 2012-ci ildən başlamışdır. Qeyd etmək lazımdır ki, İSİM ölkədə digər içtimai səhiyyə sahəsində (könüllü təmənnasız qan donorluğu, yol təhlükəsizliyi, gender əsaslı zorakılıq və s.) fəaliyyətlərdə AzQAC ilə uğurlu əməkdaşlıq edir.
30 iyun 2017-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Respublikasının tütünlə mübarizəyə aid mövcud qanunvericiliyinin gücləndirilməsi üzrə görüş baş tutdu. Bu görüş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.2.1.1-ci bəndinin icrası məqsədilə Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının “Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası” maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından mövcud hüquqi bazanın gücləndirilməsi idi. Görüşdə adiyatı olan Dövlət və QHT-nümayyəndələri iştirak etmişlər.
Azərbaycan Qızıl Aypara Cəmiyyətini İcraçı Katibinin müavini –Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova və Gənclər Komitəsinin sədri Türkanə Atakişiyeva təmsil edirdilər.