21743036_306432603164226_3125043252602089828_n

İsmayıllıda Ümumdünya İlk Yardım Günü qeyd olundu

2000-ci ildən başlayaraq sentyabr ayının 2-ci şənbə günü Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (Beynəlxalq Federasiya) tərəfindən təsis edilmiş Ümumdünya İlk Yardım Günü qeyd olunur. Bu günü qeyd etmekdə əsas məqsəd geniş kütlələrə İlk Yardım vərdişlərin vacib olduğunu xatırlatmaq, onları bu vərdişlərə yiyələnmək üçün həvəsləndirmək, həryaşdan olan təbəqələrə ilk yardımı öyrətməklə  müxtəlif fövqəladə vəziyyətlər, insanların müxtəlif vəziyyətlərdə qarşılaşa biləcək risklər və xəsarətlər haqqında məlumatlandırılmaq, qəzalar və yaralanmalardan özlərini və başqalarını qorumaq üçün bacarıqlarını  gücləndirməkdir.

Ümumdünya İlk Yardım Günü, geniş ictimaiyyət üçün ilk yardım üzrə bilik və bacarıqlarını inkişaf etdirmək və təbliğ etmək üçün bir fürsətdir. Ümumdünya İlk Yardım Günü, həmçinin, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri və digər təşkilatların insanlara keyfiyyətli İlk Yardım təhsili verməsində vacib rolunu tanıyır.

İlk Yardım bacarıqları insan həyatını xilas etməyə və qəfil xəstəliklərdən və ya zədələrdən qurtarmağa imkan verən həyati vacib humanitar fəaliyyətdir və hər kəs tərəfindən istifadə edilə bilər.

Beynəlxalq Federasiya dünyada İlk Yardıma dair apardığı təlimlərdə lider rolunu oynayır. Təkçə 2014-ci ildə 15 milyon insan 116 Milli Cəmiyyətlər tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etmişdir.

Hər il Ümumdünya İlk Yardım Günü ilə bağlı yeni mövzu secilir və bu mövzu ətrafında dünyanın 190 Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri tərəfindən müxtəlif tədbirlər təşkil edilir. Bu ilin mövzusu “Ev şəraitində hadisələr”dir.

Yalnız Avropada 3 milyondan çox adam hər il ev qəzaları ilə üzləşir, onlardan 7000-dən çoxu ölümcül vəziyyətdədir. Dünya səviyyəsində evlərdə baş verə biləcək və qarşısı alınan hadisələr elektrik şoku, yanma, zəhərlənmə, boğulma, ürək dayanması və hüşün itirilməsidir. Təhlükə nöqteyi nəzərdən boğulmalar dünyanın hər bölgəsində uşaqların və gənclərin ölümünün 10 aparıcı səbəblərindən biridir.

Ev şəraitində olan qəzaların  qarşısı alına bilər və onlar risk amilləri barədə xəbərdarlığın olmaması, təhlükəsizlik standartlarına və ya təhlükəli cihazlara və kimyəvi maddələrə uyğun rəftar etməməsi nəticəsində baş verir. Təhlükəsizliyin və qorunma mədəniyyətinin təbliqi evdəki yaralanmaların və qəzaların əksəriyyətini azalda bilər. Ev qəzaları yaş, cinsiyyət, gəlir və ya coğrafi bölgədən asılı olmayaraq bütün əhaliyə təsir göstərir; yol qəzaları ilə müqayisədə evdə qarşısı alınan zədələrdən daha çox adam ölür; vacibdir ki, ailə üzvləri, həmyayaşıdlılar və icma üzvləri İlk Yardım bacarığlarından faydalansın və bununla ev şəraitində olan qəzaların qarşısının alınmasında lazımı addımlar atsınlar.

Yuxarıda qeyd olunanlar haqqında məlumat İsmayıllıda Ümumdünya İlk Yardım Gününə həsr edilmiş və Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən təşkil olunmuş tədbirdə ətraflı şəkildə əhaliyə təqdim edilmişdir.

Tədbir İcra hakimiyyətinin rəhbər heyyəti, Təhsil, Səhiyyə və digər rəsmi nümayəndəliklərin və eyni zamanda AzQAC-ın Baş Qərargahı və İsmayillı şəhər bölməsinin rəhbər və işçi heyyəti, könüllülərinin iştirakı ilə İsmayıllının Mərkəzi Parkında həyata keçirilmişdir. Tədbirin programına Ümumdünya İlk Yardım Günü, İlk Yardımın mahiyyəti haqqında çıxışlar, bundan öncə AzQAC-ın İlk Yardım təlimatlarında iştirak edən Tirjan və Tazakənd kəndlərindən gələn 24 məktəblilərinin arasında bilik və bacarıq yarışı, nümayişlər və əhali ilə İlk Yardıma dair viktorinanın keçirilməsi daxildir. Yarış (1-ci və 2-ci yer) və viktorınanın qalibləri və iştirakçıları prizlər, hədiyyələrlə təltif edilmişdir.

Qeyd etmək lazımdır ki, Ümumdünya İlk Yardım Gününə həsr edilmiş tədbir Avstriya Qızıl Xaç Cəmiyyəti və Avstriya İnkişaf Agentliyi tərəfindən 2012-ci ildən bəri dəstəklənən “Təhlükəsiz və Möhkəm İcmaların Qurulması” layihəsi çərçivəsində təşkil edilmişdir. 2016-ci ildən başlayaraq layihə növbəti üç il müddətində davam edəcəkdir.  Layihə İsmayıllının altı (Sumaqallı, Tazakənd, Tirjan, Diyallı, Zərnava, Kürdmaşı) və Qusarın iki (Əniq və Kuzun) kəndlərində qurulmuş icmalar və əhali arasında həyata keçırılır.21728274_306431899830963_5746648402990604497_n 21731015_306432726497547_3670715743076520065_n 21731044_306431659830987_6654884231767588745_n 21731144_306432039830949_2842107412739409802_n 21731250_306432426497577_5908156539836305463_n 21731291_306432456497574_8658796662853426916_n 21731382_306431633164323_2768397354688231919_n 21740336_306432543164232_551581978286230840_n 21740383_306432159830937_7829985104662888215_n 21740666_306432579830895_6604814883192468045_n 21742979_306431759830977_5114205834989286302_n 21743204_306431809830972_6850701858031054340_n IMG-20170915-WA0002 IMG-20170915-WA0006

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.