16-19 sentyabr 2017-ci il tarixlərində İran Qızıl Aypara Cəmiyyətinin dəvəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Millət vəkili, doktor Novruz Aslanov İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə işguzar səfərə dəvət olunmuşdur. Səfərin əsas məqsədi Azərbaycan Qızıl Aypara və İran Qızıl Aypara Cəmiyyətləri arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, fövqəladə hallara hazırlıq və cavabvermə, gənclər və könüllülər, səhiyyə və digər sahələrdə işin gucləndirilməsidir.
Dr. Novruz Aslanov Tehranda İran Qızıl Aypara Cəmiyyətinin prezidenti Dr. Əmir Möhsen Ziai ilə rəsmi görüş keçirilmiş və qarşılıqlı əməkdaşlıq, gələcək işlərin planlaşdırılması mövzusunda geniş fikir mübadiləsi aparmışdır. Söhbətlər əsnasında illər boyu Azərbaycan dövlətinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə İran Qızıl Aypara Cəmiyyəti tərəfindən göstərilən dəstək xüsusi ilə vurğulanmışdır.
Eyni zamanda İran Qızıl Aypara Cəmiyyətinin sağlamlıq, gənclər, könüllülər, fövqəladə hallara hazırlıq və cavabvermə sahələri idarə edən şəxslərlə də rəsmi görüşlər təşkil olunmuşdur.
Bütün səfər boyu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayyəndə heyyəti İran Qızıl Aypara Cəmiyyəti tərəfindən yüksək səviyyədə qarşılanmışdır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti bu səfərdə Cəmiyyətin Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Fərid Seyidzadə müşaiyət etmişdir.