IMG_0740

BEYNƏLXALQ FEDERASIYANIN XXI BAŞ ASSAMBLEYASI SONA ÇATDI

8 noyabr 2017-ci il tarixində Turkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Federasiyanın Baş Assambleyası özünün XXI sessiyasını sona çatdırdı. Qeyd edək ki, Baş Assambleya 6 noyabr tarixində başlamış və 3 gün ərzində davam etmişdir. Plenar iclasın son günündə gündəlikdə olan əsas müzakirə mövzuarı Beynəlxalq Federasiyanın yeni Konstitusiyası, Miqrasiya Siyasəti və Könüllülük Siyasəti idi.

Öncə Beynəlxalq Federasiyanın yeni Konstitusiyası, ona edilən dəyişikliklər və əlavələr müzakirə olundu. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov Beynəlxalq Federasiyanın Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsi üçün yaradılan İşçi Qrupunun üzvü kimi çıxış edərək bildirdi ki, Beynəlxalq Federasiyanın Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi məsələsi 2013-cü ildə Baş Assambleyanın Sidney şəhərində keçirilən XIX sessiyası zamanı qaldırılmışdır və bu proses hal-hazırki zamanda öz aktuallığını və əhəmiyyətini qoruyur. Konstitusiyaya edilən əsas əlavə və dəyişikliklərə toxunan Novruz Aslanov bu əlavələrin və dəyişikliklərin, ümumiyyətlə, yenilənmiş Konstitusiyanın, Qayda və Presedurların Beynəlxalq Federasiya, eləcə də Milli Cəmiyyətlər səviyyəsindəki iş mexanizminin daha aydın və əlaqəli şəkildə qurulacağına kömək edəcəyini bildirdi.

Daha sonra Beynəlxalq Federasiya tərəfindən Miqrasiya Siyasəti təqdim olundu. Miqrasiyanın global bir məsələ olduğunu vurğulayan spikerlər, Milli Cəmiyyətlərin bu sahədə birgə əməkdaşlığının vacib olduğunu bildirdilər. Eyni zamanda plenar iclasda Könüllülük Siyasətinin əhəmiyyəti də xüsusi olaraq qeyd edildi. Burada Hərəkat daxilində könüllülərə daha çox diqqət və qayğının göstərilməsi, könüllülərin sayının artırılmasının vacib olduğu vurğulandı. Azərbaycan QAC-ın İdarətəmə Şurasının üzvü Bəylər Talıbov öz çıxışında qeyd etdi ki, könüllülər Hərəkatın əsas aparcı gücüdür. Belə ki, müxtəlif yerlərdə baş verən fövqəladə hallar zamanı ehtiyaclı insanlara yardım edənlər məhz könüllülərdi. Buna görə onların aktiv fəalliyəti üçün Milli Cəmiyyətlər daha əlverişli imkanlar yaratmalı, eləcə də onların müdafiəsi üçün sığorta sistemi gücləndirilməli və fəaliyyətləri üçün daha təhlükəsiz şəraitin yaradılması təşviq edilməlidir. Azərbyacan QAC-ın Beynəlxalq Federasiyanın Könüllülər Siyasətini dəstəklədiyini vurğulayan Bəylər Talıbov könüllülərə daim diqqət və qayğının göstərilməsinin vacib olduğunu bildirdi.

8 noyabr tarixində Milli Cəmiyyətin nüməyəndəsi Nailə Ömərova “Milli Cəmiyyətlərin Nizamnamələri və qanuni bazaları” mövzusunda təşkil olunan seminarda iştirak etmişdir. Seminar zamanı Nailə Ömərova bildirmişdir ki, Azərbaycan Milli Cəmiyyətinin Nizamnaməsində könüllülük barədə maddə öz əksini tapmısdır və bundan başqa  həm ölkədə, həm Milli Cəmiyyətdə könüllük barədə rəsmi qanuni sənədlər mövcuddur. Eyni zamanda Azərbaycan QAC-ın Icraçı Katibi Ceyhun Mirzəyev miqrasiya mövzusunda təşkil olunan dəyirmi masada iştirak edərək, Milli Cəmiyyətin miqrasiya sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat vermişdir.

Beynəlxalq Federasiyanın XXI Baş Assambleyası Beynəlxalq Federasiyanın müxtəlif komitələrinin hesabatlarının və qəbul olunan yeni qərarların təqdimatı ilə başa catdı. Sonda BQXQACF-nın sabiq Prezidenti, cənab Tadateru Konoe humanitar fəaliyyətinə görə Anri Dunant Medali ilə təltif olundu.

XXI Baş Assambleyasinın bağlanış mərasimindən sonra Milli QXQA Cəmiyyətlərinin gəncləri Beynəlxalq Federasiyanın yeni seçilmiş Prezidenti, Francesco Rocca ilə görüş keçirib gəncləri narahat edən məsələləri və gələcək gözləntilərini müzakirə etmişlər. Eyni zamanda gənc nümayəndələr BQXQACF-in Icraçı Katibi Elhadj As Sy ilə də görüşmüşlər.IMG_0760IMG_0762IMG_0778IMG_0740IMG_0752

IMG_0750

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.