Hər il olduğu kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölmələri ölkəmizdə
Uşaq Hüquqları aylığı çərçivəsində yerli qurumlarla birgə maarifləndirmə tədbirlərinin təşkilində iştirak edir.
Belə ki, noyabr ayının 24-də AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində AzQAC Pirallahı rayon Bölməsinin sədri Təranə Iskəndərova təşkilatçılıgi ilə Pirallahı Mərkəzi Xəstəxanasında fəaliyyət
göstərən uşaq həkimləri və tibb bacıları üçün seminar təşkil olunmuşdur. Seminarda 186 sayli saylı orta məktəbin müəllim və şagirdləri də iştirak etmişlər. Adı çəkilən tədbirdə proqramın koordinatoru Mətanət Qaraxanova tərəfindən Uşaq Hüquqları Konvensiyasına daxil edilən maddələrlə tanış edərək, bu sahədə tibb işçilərinin həyata keçirilən fəaliyyətlər barədə geniş məlumatlar təqdim edilmişdir. Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.