01 dekabr 2017-ci il tarixində Az.QAC Nizami rayon bölməsində “Əlillər”günü qeyd edildi.Nizami rayon bölməsinin əməkdaşları qayğıya ehtiyacı olan insanlarla daima ünsiyyətdə olub, problemnlərinin həllində imkan daxilində həmişə yardım etdikləri əlilləri bu gün də unutmadılar.Qeydiyyatlarında olan 50 nəfər əlil insanları bir araya toplayaraq,onları “Əlillər “günü münasibəti ilə təbrik edib,uzun ömür və Allahdan onlara şəfa diləyiblər.Sonra onlara ərzaq bağlamaları paylanılıb.Görüş iştirakçıları da daima Aypara Cəmiyyətinin qayğısını öz üzərlərində hiss etdikləri üçün Nizami rayon bölməsinin sədri Rəna xanıma və Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər.