05-08 fevral 2018-ci il tarixində Bakı şəhərində yerləşən “Excelsior” otelində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının dəstəyi ilə Yaxşı hazırlıqlı Milli Cəmiyyət adında təlim məşğələ keçirilmişdir.
Tədbirin əsəs məqsədi Azərbayan Qızıl Aypara Cəmiyyətinin baş qərargah, regional mərkəzlər və rayon bölmələrinin əməkdaşları ilə birlikdə Milli Cəmiyyətinin potensialını və gücünü yenidən nəzərdən keçirdməkdən ibarət olmuşdur.
“Yaxşı Hazırlıqlı Milli Cəmiyyət” konsepsiyası özünü qiymətləndirmə prosesindən ibarət olan bir alətdir. Bu proses Milli Cəmiyyətlərə özlərinin hazırlıq statusunu qiymətləndirməyə və təhlil etməyə kömək edir. Bundan çıxış edərək Milli Cəmiyyətlər özlərinin fəlakət idarəçiliyi işlərində təkmilləşdirmə ehtiyacı olan sahələri daha yaxşı müəyyən edə bilərlər. “Yaxşı Hazırlıqlı Milli Cəmiyyət” konsepsiyası habelə Milli Cəmiyyətlərin ümumi planlaşdırma və monitorinq işi üzrə praktiki indikatorları vermiş olur. “Yaxşı hazırlıqlı Milli Cəmiyyət” konsepsiyası Milli Cəmiyyətlərə imkan verir ki, onlar şöbələr arasında bir-birinə bərabər səviyyəli dəstək vermə işini gücləndirsinlər, habelə özlərinin hazırlıq işlərindəki boşluqları yoxlayıb təkmilləşdirsinlər.
Tədbiri qiriş sözü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse prezidenti cənab Qafar Əsgərzadə açmış və tədbirin əhəmiyyətini iştrakçılara çatdırmışdır. Təlim məşğələ zamanı iştrakçılara mövzu ilə bağlı müxtəlif prezentasiyalar təqdim olunmuş, fikir mübadiləsi aparılmış, qrup məşqələləri keçirilmişdir. Bir sıra mövzulara xüsusi diqqət yetirilmiş, mövzular əsasında sahələrin inkişaf olunması, prosedurların yerlərdə tədbiq olunmasının aktivləşdirilməsi qeyd edilmişdir. Onlara Fəlakət riskinin idarə olunması (riskin qarşısını almaq, mövcud fəlakət riskini azaltmaq, qalıq riskini idarə etmək məqsədilə fəlakət riskinin azaldılması üzrə siyasət və strategiyaların işlədilməsi), Standart əməliyyat proseduraları (cari və ya gündəlik işləri yerinə yetirməkdə işçi heyəti və könüllülərə kömək etmək məqsədilə tərtib olunan mərhələli instruksiyalar (təlimatlar) toplusu), Əməliyyatlar zamanı təhlükəsiz qırışın təmin olunması və s. mövzuları misal gətirmək olar.
Yekunda əldə olunmuş nəticələr əsasında fəaliyyət planı tərtib olunmuş və sahələr üzrə cavabdeh səxslər təyin edilmi.dir.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ali rəhbərliyi, işçi heyəti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz üzrə Nümayəndəliyinin Başçısı cənab Maks Santner, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının fövqəladə hallar üzrə koordinatoru cənab Neboşa Medoşeviç, Avstriya Qızıl Xaç Cəmiyyətinin “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin Cənubi Qafqaz üzrə koordinatoru cənab Mixael Qrabner, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlıq üzrə nümayəndəsi cənab Əziz Seyid Şah iştrak etmişlər.