2018-ci il mart ayının 5-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti cənab Novruz Aslanov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin Başçısı xanım Elena Ajmone Sessera və Əməkdaşlıq üzrə nümayəndəsi cənab Əziz Syed Şah Abdulu qəbul etdi.
Görüşün mümkün olduğuna görə təşəkkürünü bildirən xanım Sessera Novruz Aslanovu yenidən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti seçilməsi münasibətilə təbrik etdi və gələcək işlərində müvəffəqiyyətlər arzuladı.
Cəmiyyətin prezidenti cənab Novruz Aslanov təbrik üçün qonaqlara öz minnətdarlığını bildirdi. BQXK-nın daim AzQAC-a dəstək olduğunu və işgüzar sahədə əməkdaşlığın daha da genişlənməsindən məmnun olduğunu iafdə etdi.
Görüşdə 2018-ci ildə ikitərəfli əməkdaşlıqdan, fəaliyyət istiqmətlərinin daha genişləndiriməsi məsələsindən və bir sıra lazımi məslələr haqqında müzakirələr aparıldı.