Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsi həmişə olduğu kimi “Novruz”bayramında da qeydiyyatında olan 35 nəfər aztəminatlı ailələri,tənha insanları unutmadı.Nizami rayon bölməsinin sədri Rəna İbrahimova bayram münasibəti ilə onları təbrik edib,uzun ömür, can sağlığı arzulayıb.Adının hallandırılmasını istəməyən şəxs tərəfindən verilən “Novruz” sovqatı ehtiyacı olan insanlara paylanılıb.Yardım alan insanlar hər ay olduğu kimi “Novruz”bayramında da onları unutmayıb yardım edən xeyirxah insana və Nizami rayon bölməsinin sədri Rəna xanıma öz minnətdarlıqlarını bildiriblər.