AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Cəmiyyətin prezidenti səfirlə görüşdən məmnunluq hissi duyduğunu ifadə edib. O, Milli Cəmiyyətə humanitar sahədə göstərilən dəstəyə görə səfirə öz minntədarlığını bildirib. Görüş zamanı, həmçinin, humanitar sahədə aparılan işlərə dair hazırkı əlaqələr və gələcək perspektivlər də müzakirə edilib.
Səfir M.Kindsqrab öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlığını bildirərək, AzQAC-ın ölkəmizdə humanitar sahədə apardığı işlərdən məmnunluqla danışıb. Mövcud əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.