P1060305

Mingəçevir şəhərində Ümumdünya Hepatitlə mübarizə Günü qeyd edildi

AzQAC-in Sağlamlıq və qayğı şöbəsi tərəfindən həyata keçirilən “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində “28 İyul Ümumdünya Hepatitlə mübarizə Günü” ilə əlaqədar Cəmiyyətin Mingəçevir Regional Mərkəzinə daxil olan rayon bölmələrinin nümayyəndələrinin iştirakı ilə maarifləndirici tədbir təşkil olunmuşdur. Belə ki, İyul ayının 28-də AzQAC Mingəçevir Regional Mərkəzinin kordinatoru Aydın Nəsibovun yüksək təşkilatçılığı və Mingəçevir Rayon Bolməsinin gənclər üzrə təlimatçı Alı Mustafayevin fəal iştirakı ilə Mingəçevir şəhərində seminar keçirilmişdir. Seminarda Mərkəzi Qan Bankının Mingəçevir Bölməsinin həkimi Şamama Muradova və Gənclər İdman İdarəsinin nümayyəndəsi Turqut Əlibəyli iştirak etmişlər.

AzQAC-in İcraçı katibinin müavini Səbinə Məhbubiiran seminar iştirakçılara Sağlamlıq və qayğı şöbəsi tərəfindən həyata keçirilən tədbir və proqramlar və bu proqramlarda gənclərin xüsusi rolu barədə məlumat vermişdir. “İcmaya əsaslanan sağlamlıq” proqramın rəhbəri Mətanət Qaraxanova isə Ümumdünya Səhiyyə Təşkilatı və Ümumdünya Hepatit Alyansının sıx əməkdaşlığı çərçivəsində həyata keçirilən “28 İyul -Ümumdünya Hepatit Günü” ilə əlaqədar hazırlanmış geniş məlumatları onlara təqdim etmişdir. Bu günün qeyd olunması 28-İyul tarixi Virus B kəşv edən və buna görə Nobel mükafatına layiq görülən Baruch Blumbergin ad gününə təsadüf edilir.

M.Qaraxanova 2015-ci idə “Hepatitin qarşısını alın. Yubanmadan hərəkət edin!” şüarı altında qeyd edilən bu günə dair təqdim edilən məlumatlarda hepatitləri törədən viruslar (A, B, C, D vəd.), hepatit xəstəliyi ilə əlaqədar müayinə və müalicə, bu problemə cəmiyyətdə olan münasibət və davranışlar haqqında məlumatları çatdırmışdır. Bu məlumatlarda 2015-ci ildə Ümumdünya Hepatitlə Mübarizə Günündə əhaliyə ünvanlanan əsas müraciətlərə xüsusi yer ayrılmışdır. Belə ki:

  • Hepatitin qarşısını alın- risklər barədə məlumatlı olun.

Təhlükəsiz olmayan qan, tibbi alətlər və narkotik maddələrin yeridilməsi üçün birgə istifadə edilən tibbi alətlər Hepatitlərlə yoluxmasına gətirib çıxara bilər

  • İnyeksiyaların təhlükəsizliyini təmin edin.

İldə təhlükəsiz olmayan inyeksiyalar nəticəsində 2 mln insan hepatitlə xəstələnir. Birdəfəlik steril tibbi alətlərin istifadəsi bu infeksiyaların qarşısını ala bilər.

  • Uşaqlara peyvənd edin

Hepatit B Virusu ilə yoluxma nəticəsində təxminən 780000 insan tələf olur. Hepatit B Virusuna qarşı təhlükəsiz və effektiv peyvənd Hepatit B dan ömürlük qorunmasına təminat verir

  • Müayinədən keçin və müalicə olunun

Hepatit B dan müalicə olunmaq və Hepatit C- dan şəfa tapmaq üçün effektiv müalicə vasitələri var.

Seminar iştirakçıları M.Qaraxanovaya müxtəlif suallar verərək,  bu mövzunun onlar üçün maraqlı və vacib olduğunu qeyd etmişlər.Seminardan sonra Mingəçevir rayon Bölməsinin fəal könüllüləri Mingəçevir şəhərində əhali arasında hepatitlə bağlı təbliğat kompaniyasını davam etmişlər. Kompaniyada 28 İyul -Ümumdünya Hepatit Günü –nə aid hazırlanan plakat və vərəqələr istifadə edilərək, əhali arasında paylanılmışdır.P1060305 P1060313 P1060465 P1060482 P1060508 P1060508 P1060539 P1060548 P1060553 P1060564

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.