Heydər Əliyev Fondunun dəstəyi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyəti və AzQAC Pirallahı rayon bölməsinin əməkdaşları ,Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə adı gedən rayonda flashmob keçirildi .Daha sonra günün mövzusuna uyğun olaraq videoçarklar nümayiş etdirildi. “Cümhuriyyət-100″ adlı layihə çərçivəsində 350-dən çox gəncin iştirakı ilə Azərbaycan Respublikasının dövlət bayrağı canlandırılmış, “Cümhuriyyət- 100″ sözü və Ulu Öndər Heydər Əliyevin canlı imzası yaradılmışdır.