28.05.2018-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Suraxanı rayon bölməsi qeydiyyatda olan tənha, kimsəsiz qocaya, aztəminatlı ailələrə, şəhid ailələrinə, valideynlərini itirmiş uşaqlara ərzaq yardımı paylayıb.
Suraxanı rayon bölməsinin sədri Turan Hüseynova çıxış edərək tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, onlara can sağlığı, uzun ömür arzulayıb. Tədbirdə iştirak edən insanlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və Suraxanı rayon bölməsinin sədri Turan Hüseynovaya öz minnətdarlıqlarını bildirdilər.