IMG-20180531-WA0085

Xaçmaz rayonunda Vərəmə həsr edilən maarifləndirici tədbir keçirildi

AzQAC ölkədə həyata keçirilən vərəmlə mübarizə tədbirlərinə cəlb olunaraq, fəal  iştirak edir.  2011-ci ildən TB-REP-Azərbaycan  (Şərqi Avropa və Mərkəzi Asiya  Regionu üzrə Vərəm proqramı) çərçivəsində yaradılan Koalisiyanın üzvüdür. Belə ki, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional vərəm proqramı TB REP-in Azərbaycan üzrə vətəndaş cəmiyyəti əlaqələndiricisi “Sağlamlığa Xidmət” İctimai birliyinin (İB) təşəbbüsü ilə Vərəmlə mübarizə Koalisiyanın üzvləri əhalinin  diqqətini Vərəmlə mübarizəyə cəlb etmək məqsədilə  xüsusi plakatlarla tərtib olunmuş avtobusla Xaçmaz rayonuna Mədəniyyət Mərkəzində vərəmlə mübarizəyə həsr olunmuş tədbiri keçirmək üçün yola düşmüşlər.

Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətnin nümayəndələri, səhiyyə işçiləri, mədəniyyət və təhsil şöbəsinin əməkdaşları və ictimayyət nümayəndələri iştirak etmişlər. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq proqramının kordinatoru Mətanət Qaraxanova və Miqrasiya şöbəsinin azərbaycan dili kursu müəllimi Sona Hacıyeva, AzQAC-in Xaçmaz RB sədri və könüllüləri adı çəkilən tədbirdə iştirak etmişlər.
Tədbirdə, ölkəmizdə və dünyada vərəmlə bağlı mövcud vəziyyət, bu sahədə əldə olunmuş uğurlar, vərəmlə mübarizənin daha səmərəli aparılmasında vətəndaş cəmiyyəti təşkilatllarının rolunun əhəmiyyəti haqda iştirakçıların diqqətinə çatdırılmışdı. Bir daha  qeyd edildi ki, Ümumdünya Səhiyyə təşkilatının (ÜST) məlumatına əsasən, 2000-2017-ci illər ərzində dünyada 56 milyon insanın həyatı bu xəstəlikdən xilas olsa da, hər gün dünyada 28 500 insan
vərəmlə xəstələnir və hər gün 4500 insan vərəmdən dünyasını dəyişir. Bununla yanaşı bəşəriyyət yaranandan mövcud olan vərəm xəstəliyinin dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəliyi barədə də vurğulandı. Tədbirdə Xaçmaz Vərəm əleyhinə Dispanserin baş həkimi, Kamal Ağayev rayondakı hal-hazırki və əvvəlki illərdəki mövcud epidemioloji vəziyyət haqqında, xəstəlik, onun yayılma yolları və profilaktikası haqqında əhaliyə geniş məlumat verməklə yanaşı, vərəmlə bağlı damğalanma və təcrid olunma məsələsinə də toxunmuşdur.
AzQAC-in nümayyəndələri Beynəlxalq Qızıl Xa və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın və AzQAC-in vərəm sahəsində geniş təcrübəsi, həyata keçirdikləri fəaliyyətlər barədə geniş məlumatlarla çıxış etmişlər. Onlar insanları xəstəlikdən qorxmamağa və vaxtında müayinə olunmağa, bu xəstələrə diqqət və qayğı göstərməyə çağırışlarla müraciətlər etmişlər. Tədbirdə iştirak edən uşaqlara AzQAC-in vərəm haqqında kitabçası paylanılmışdı.IMG-20180531-WA0014IMG-20180531-WA0111IMG-20180531-WA0121 (1)IMG-20180531-WA0000IMG-20180531-WA0004

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.