Müsəlman xalqının Müqəddəs ayı – Ramazan ayı münasibətilə Nizami RB silsilə tədbirlər keçirdi. Qeydiyyatında olan 100 nəfər tənha, kimsəsiz qocalara, aztəminatlı ailələrə, əlillərə, ailə başçısını itirmiş ailələrə bayramlarını bol süfrə arxasında qeyd etmək üçün ərzaq yardımı paylanıldı. Nizami RB sədri Rəna İbrahimova tədbir iştirakçılarını Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, onlara uzun ömür, can sağlığı, ruzi-bərəkət, xoş günlər arzulayıb. Yardım alanlar da onlara göstərilən qayğıya, mehriban münasibətə görə Cəmiyyətin əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.