Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində bu gün Sumqayıt Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Mübadilə Proqramıda üzrə könüllülər arasında 12 avqust ” Beynəlxalq Əlaqələr Şöbəsi Gənclər Günü”nə həsr olunmuş ” YAŞIL TOP ” adlı futbol çempionatı uğurla yekunlaşdı.
Məlumat üçün qeyd edək ki,çempionatda müxtəlif sahədə fəaliyyət göstərən könüllü komandalar təmsil olundu.
Tədbir dövlət himnin səsləndirilməsi ilə başlanılmışdır.
Tədbiri giriş sözü ilə açan Baş İdarənin Gənclərlə iş sektorunun müdürü Ceyhun Hüseynov iştirakçıları salamlayaraq, əsası Ümummili Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi diqqət və qayğıdan, Respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmışdır.
Gərgin keçən yarışmanın yekun nəticəsinə əsasən I yerə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin “QAC Sumqayıt”( qırmızı geyimdə ) , II yerə QAC “Mobil Dəstə” ( ağ geyimdə ) və III yerə isə Sumqayıt Asan Xidmət Mərkəzinin “Mübariz” adlı komandası layiq görülmüşdür.
Qalib komandalar şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən, medal, fəxri fərmanları ilə təltif edilmişdir.
Yarışmaya qoşularaq bölməmizi təmsil edən və bölməmizə eyni anda birincilik və ikincilik kuboku gətirən hər iki komandamıza təşəkkürlərimizi bildiririk.