Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində Sumqayıt Gənclər Evinin, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi təşkilatçılığı ilə Sumqayıt Gənclər Evində Mübadilə Proqramı üzrə “İlkin Yardım” seminarı keçirildi.
Qəza vəziyyətlərinin növləri və ilkin olaraq nə etmək olar və ya olmaz haqqında AzQAC Sumqayıt şəhər bölməsinin təlimatçısı Vəfa Mustafazadə və bölmənin aktiv könüllüsü İsmayıl Məmmədov seminar iştirakçılarına ətraflı məlumat verərək ilkin yardımın vacibliyindən söhbət açdılar.Seminarda İlkin Yardımla bağlı geniş miqyaslı slaydlar iştirakçılara təqdim edildi. Məzmunlu keçən seminarda bölməmizin digər könüllüləridə seminarla bağlı çıxışlar etdilər.
Daha sonra ilk yardımlar praktiki olaraq iştirakçılara göstərildi.
Tədbirin sonunda könüllülərin iştirakı ilə avtomobil qəzası və olunan ilkin yardım nümayış etdirildi.