Tarixən dünyanı ölüm təhlükəsi ilə silkələyən Vərəm epidemiyası təhlükəsi indi də bütün vacibliyi ilə gündəmdədir. 2015-ci ildə BMT-nin 2030-cu ilə qədər Davamlı İnkişaf üzrə təyin etdiyi məqsədlərdən biri də vərəmin qlobal epidemiyasının ləğv edilməsidir. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2016-2035-ci illər üzrə Vərəmin ləğv edilməsi Strategiyasını qəbul etmişdir. Bu Strategiyanın əsasında, ölkələr, Azərbaycan da daxil olmaqla, ölkələrin tibbi, sosial, hüquq və digər inkişaf sahələrində bütün fəaliyyətlərin Vərəmləmübarizənin gücləndirilməsinə yönəldilməsi tövsiyyə olunur. Bundan irəli gələrək, Vərəmlə mübarizənin yeni modellərinin işlənməsində Vətəndaş Cəmiyyəti qurumlarının Vərəmə nəzarət fəaliyyətinə müasir yanaşmalar sahəsində dünya təcrübəsinin öyrənilməsi məqsədilə Sentyabr ayının 2-ci ongünlüyündə Tacikistan Respublikasının Düşənbə şəhərində “TB-REP (Şərqi Avropa və Mərkəzi Asiya Regional Vərəm Programı) çərçivəsində Effektiv Vərəm və Dərmana Müqavimətli Vərəmə Nəzarət üçün Səhiyyə sistemlərinin gücləndirilməsi” mövzusuna həsr edilmiş işçi görüş keçirildi. Bu görüş Moldaviyada yerləşən Səhiyyə Siyasəti və Araşdırmalar Mərkəzinin (PAS Center) Tacikistanın Vərəmlə Mübarizə Tərəfdaşlığı təşkilatı (Stop TB Partnership Tajikistan) ilə birgə əməkdaşlığı ilə təşkil edilmişdir. Ukrayna, Belarusiya, Özbəkistan, Qırğızıstan, Qazağıstan,Gürcüstan, Ermənistan,Moldaviya, Türkmənistan respublikalarının milli cəmiyyətlərinin də qatıldığı bu görüşə Azərbaycandan “Sağlamlığa Xidmət” İB və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təmsil olunduğu Azərbaycan Vərəm Koalisiyası da dəvət edilmiş və qurumlar Pərvanə Məmmədova və Sona Haciyeva qismində təmsil edilmişlər. Görüşün əsas məqsədi TB REP layihələrinə müdaxilələr çərçivəsində 11 layihə ölkəsində səhiyyə islahatlarının inkişafı və ölkə kontekstli qəbul edilmiş xəstə yönümlü vərəm müalicəsi modellərinin istifadə edilməsi ilə vərəm yükünün azaldılması və davamlı vərəmin yayılmasının qarşısının alınmasında QHT-lərin rolunun artırılması idi. Həmçinin vərəmlə mübarizə sahəsində mövcud qanunvericilik və bu sahədə müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının müştərək fəaliyyətləri barədə təqdimatlar, yeni iş modelləri barədə təqdimatlar və təcrübə mübadiləsi bazasında işçi qruplar çox interaktiv fəaliyyət göstərdilər. AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının əməkdaşı, Miqrasiya şöbəsinin təhsil üzrə məsul işçisi ölkədə Sona Hacıyeva AzQAC -in Vərəmlə mübarizədə rolu və fəaliyyətləri, Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyasının dünyada bu sahədə həyata keçirdiyi işlər barəsində məlumatlarla çıxış etdi və dövlət qurumlarının nümayəndələri tərəfindən (tibb, ədliyyə nazirlikləri) göstərilən etimad və dəstəklə AzQAC-ın gələcəkdə vərəmlə mübarizədə yenidən və daha geniş proqramlarla iştirak etməsi ümüdlərini səsləndirdi.
İki gün davam edən işçi görüş Vətəndaş Cəmiyyəti təşkilatlarının və Milli qurumların ölkə Milli Vərəmlə Mübarizə Proqramı ilə müştərək işinin daha da geniş və əhatəli qurulması yönümündə təcrübələrdən irəli gələn tövsiyyələrlə başa çatdı.