DSC_4380

01 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Pirallahı rayonunda tədbir keçirildi

​19 sentyabr 2018-ci tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Qadınlar Şurası birgə təşkilatçılığı ilə 01 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Bilgəh qəsəbəsində yerləşən “Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Mərkəzi”ndə bayram tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Qətibə xanım Əsədova Mərkəzin fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında son illərdə Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində aparılan əsaslı təmir və yenidənqurma işlərindən, ahıl insanlar üçün yaradılan yaşayış şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırılmasından danışdı.
Az​QAC Pirallahı rayon Bölməsinin sədri Təranə İskəndərova isə çıxışında bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsinin ahıllara diqqət və qayğının artırılması məqsədi daşıdığını qeyd etdi. Böyüklərə hörmət və qayğı hər bir insanın mənəvi borcudur. İnsanların da hər zaman qayğıya və hörmətə ehtiyacı olur. Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət, qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir. Bu cəmiyyəti yaşadan ən əsas prinsiplərdən biridir.
 Böyüklərə hörmət Azərbaycan xalqının adət-ənənəsidir. Bu ənənə mənəviyyatımızın ayrılmaz tərkib hissəsidir və çox qədim tarixi köklərə söykənir. Əcdadlarımız özündən böyüklərə, kiçiklərə və ətrafdakı insanlara daim qayğı göstərmiş, onlara sevgi ilə yanaşmış, kimliyindən asılı olmayaraq hər kəsə ehtiramla davranmağa böyük önəm vermişlər. Böyüklərə hörmət hissi əsrlər boyunca əcdadlarımız tərəfindən cilalanmış, insanın mənəvi dünyasının bütün xüsusiyyətlərini özündə ehtiva edən formada nəsildən-nəslə ötürülmüş və müasir gənc nəsilə çatdırılmışdır. Azərbaycanda ahıl insanlara dövlət qayğısı da ildən-ilə artır.​
Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmış, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun imzalamışdır. Həmin sənədə əsasən, 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ahıllara diqqət, qayğı və sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə Qanun və Sərəncamlar imzalanmışdır. Azərbaycan Respublikasının I Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir. Onların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günündə də bu insanlar üçün müxtəlif tədbirlər təşkil olunur. Qocalar səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri keçirilir. Bir sözlə, bu gün Azərbaycanda hər bir ahıl vətəndaşa dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.
​  Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin və   YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə təşkil olunmuş nahar süfrəsi incəsənət nümayəndələrinin çıxışı ilə davam etdi.DSC_4318 DSC_4321 DSC_4325 DSC_4327 DSC_4331 DSC_4341 DSC_4350 DSC_4368 DSC_4377 DSC_4380 DSC_4404 DSC_4446 DSC_4472 DSC_4473 DSC_4493 DSC_4542 DSC_4577 DSC_4583 DSC_4609

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.