sekil1

Azərbaycan Vərəm əleyhinə Koalisiyası Şəmkir rayonunda “VƏRƏMƏ SON QOYAQ” adlı maarifləndirmə aksiyası keçirib

 

Oktyabrın 5-də Vərəm əleyhinə Koalisiya üzvləri Şəmkir rayonuna səfər ediblər.

İlk öncə onlar rayonun Ağciyər xəstəlikləri xəstəxanasına baş çəkərək stasionar müalicə alan xəstələrin vəziyyəti ilə tanış olmuş, onlara sovqat paylamışlar.

Daha sonra Azərbaycan vərəm üzrə QHT Koalisiyasının üzvləri Şəmkir şəhərinin Heydər Əliyev mərkəzində vərəmlə bağlı maarifləndirici elmi-praktiki konfrans keçiriblər. Tədbiri giriş sözləri ilə açan Şəmkir rayon İcra hakimiyyətinin nümayəndəsi Pərviz İbrahimov təşəbbüskarlara öz minnətdarlığını bildirdi. Daha sonra Sağlamlığa Xidmət İctimai birliyinin sədr müavini Pərvanə Vəliyeva Koalisiyanın vərəmlə mübarizə tədbirləri haqqında təqdimatla çıxış etdi.

Tədbirdə Koalisiya sədri Elçin Muxtarlı vərəm xəstəliyi və dünyada bu xəstəliklə bağlı Ümumdünya Səhiyyə təşkilatının yaydığı faktlar barədə məlumat verdi. Daha sonra İctimai səhiyyə və islahatlar mərkəzinin Səhiyyə siyasəti şöbəsinin müdir müavini Şəhla Mirzəzadə vərəmlə mübarizə sahəsində təhsil müəssisələrində daim maariflənmə və profilaktik tədbirlərin aparılmasının böyük önəmindən və İSİM-in bu sahədəki uğurlu fəaliyyətindən söz açıb.

“Sağlamlığa Xidmət” İB-in həkim koordinatoru Samirə Məmmədova, “Həyat” Humanitar dəstək təşkilatının koordinatoru Zəminə Səfərova,“İnkişafa Doğru Qadın Təşəbbüsü” ictimai birliyinin rəhbəri Ziba Nəbiyeva, rayonun Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi Təhməz Mehdixanov vərəmin epidemioloji vəziyyəti, vərəmin yayılma yolları, müayinəsi və müalicəsi üsullarından, bu yolda cəmiyyətin səfərbər olmasının vacibliyindən söhbət açdılar.

Daha sonra Vərəm üzrə Avropa Koalisiyasının maliyyə dəstəyi ilə ərsəyə gətirilmiş vərəm haqqında maarifləndirici sosial film nümayiş olunub.

Tədbirdə Koalisiyanın üzvü Azərbaycan Qızıl Aypara Cəmiyyətini Şəmkir rayon  bölməsinin sədri Şahin Yusifov və bölmənin təlimatçısı Aləmzar Hüseynova təmsil ediblər.aypara sekil2 sekil3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.