Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada vərəm xəstəliyinin qarşısının alınması məqsədilə ölkələrdə əhalinin maarifləndirilməsi, vərəmli xəstələrə psixo-sosial dəstəyin təmin edilməsi və d. tədbirlərinin gücləndirilməsini tövsiyyə olunur. Bununla bağlı Azərbaycan Vərəmlə mübarizə Koalisiya öz fəaliyyətləri çərçivəsində Azərbaycanın şəhər və rayonlarında maarifləndirici tədbirləri həyata keçirir. Belə ki növbəti tədbir 2018-ci il oktyabr ayının 16-da Masallı rayonunda təşkil olunmuşdur. İlk növbədə Koalisiya üzvləri rayonun Ağciyər xəstəlikləri xəstəxanasına baş çəkib, tibbi heyyət və müalicəyə cəlb olunan 21 vərəm xəstələrilə görüşmüşlər. Burada xəstələrə göstərilən xidmət, onlarınin vəziyyəti ilə taçış oldular. Sonda isə xəstələrə sovqat paylamışlar. Daha sonra Masallı rayon Gənclər və İdman idarəsində vərəmlə bağlı maarifləndirici elmi-praktiki konfrans keçirildi. Tədbiri giriş sözləri ilə açan Masallı rayon İcra hakimiyyətinin nümayəndəsi Nigar Kərimova gələn qonaqları salamlayaraq, İcra başçısı Rafil Hüseynovun adından təşəbbüskarlara öz minnətdarlığını bildirdi. Daha sonra Sağlamlığa Xidmət İctimai birliyinin sədr müavini Pərvanə Vəliyeva tədbirin məqsədi və Koalisiyanın vərəmlə mübarizə tədbirləri haqqında təqdimatla çıxış etdi.
Tədbirdə çıxış edən Koalisiya sədri Elçin Muxtarlı vərəm xəstəliyi və dünyada bu xəstəliklə bağlı Ümumdünya Səhiyyə təşkilatının yaydığı faktlar barədə məlumat verdi.
Rayonun Ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi Mirrəhim Nəbiyev rayonda vərəmlə bağlı hal-hazırki vəziyyəti haqqında statistik məlumatlara əsaslanan çıxış edib və tədbir iştirakçılarının bu barədə suallarını cavablandırdı.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova Beynəlxalq Qızıl XaçQızıl Aypara Cəmiyyətləri Federasiyanın, Milli Cəmiyyətlərin dünyada vərəmlə mübarizə sahəsində ölkələrinə dəstək olub, gördüyü işlər haqqında iştirakçılara təqdimatla çıxış etdi. Tədbirdə çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin digər nümayyəndəsi, miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva vərəmli xəstələrə yönəli ayrıseçkiliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb, vərəm sahəsində uğurlu təcrübəsi barədə məlumatları çatdırdı.
Konfrans iştirak edən digər Koalisiyanın üzvləri də vərəm xəstəliyi, sosial problemlər və digər məsələlər barədə məlumatlarla çıxış etdilər.
Daha sonra Vərəmlə mübarizə üzrə Avropa Koalisiyasının maliyyə dəstəyi ilə ərsəyə gətirilmiş vərəm haqqında maarifləndirici sosial bədii film nümayiş olundu.
Tədbirin sonunda onun ərsəyə gəlməsinə böyük dəstək göstərən Masallı rayon İcra hakimiyyətinin nümayəndəsi, vərəm dispanserinin baş həkimi və Gənclər və idman idarəsinin rəhbəri Camal Manafov Koalisiya üzvləri tərəfindən həvəsləndirici mükafatlarla təltif edildi.
Tədbirdə AzQAC Masallı Rayon Bölməsinin nümayyəndələri də iştirak etmişdi.
Tədbir iştirakçılarına Azərbaycan Respublikası İçtimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndirici əyani vəsaitlər paylanıldı.