Bu gün Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin əməkdaşları xeyriyyə aksiyalarında aktiv iştirak edən və Milli Cəmiyyətin humanitar missiyasında yaxından göstərdikləri köməkliyə görə təşkilatların rəhbərləri və nümayəndələri ilə görüş keçirdi. Bölmənin sədri Mətanət Məhərrəmova AZERTEXNOLAYN MMC -nin direktoru Tofiq Məmmədov , SOCAR Polymer -in nümayəndəsi Sevinc Məmmədova , PASHA Life -ın marketinq və məhsulun inkişafı şöbəsinin baş mütəxəssisi Ruslan Ələkbərovla görüşdü.Görüş əsnasında birgə görülən işlərdən danışaraq, əməkdaşlıq üçün öz minnətdarlığını bildirdi və qeyd etdi ki, gələcəkdə də bu xeyirxah işlərin davam edəcəyinə ümidvar olduğunu bildirdi.Sonra bölmənin hazırladığı xüsusi Təşəkkürnamələri müəsissə rəhbərləri və nümayəndələrinə təqdim etdi.