IMG_1907

Təhlükəsiz və Möhkəm İcmaların Qurulması (TMİQ) layihəsinin yekun konfransı

 

2018-ci il dekabr ayının 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən həyata keçirdiyi  Təhlükəsiz və Möhkəm  İcmaların Qurulması (TMİQ) layihəsinin başa çatması ilə əlaqədar olaraq Bindəqədi Rayon Gənclər Evində yekun görüş təşkil olunudu. Görüşdə başa çatmış layihənin həyata keçirilməsinin məqsədi  bir daha xatırlanmış, onun icmalar üçün hansı səviyyədə xeyirli olması və hansı nəticələr əldə olunması haqqında yekun məlumatların təqdim olunmasıdır.

Konfransı açıq elan edən TMİQ layihəsnin koordinatoru Elşən Səlimzadə 2012-ci ildən Avstriya QX Cəmiyyətinin dəstəyi ilə hayata keçirilən layihənin qısaca tarixcəsi, mahiyyəti, görülən işlər, Fövqəladə Hallara Hazırlıq və cavabvermə strateji istiqamət haqqında məlumat verdi. Qeyd edildi ki, layihə çərçivəsində müxtəlif səpkili, icmaların təhlükəsiz olmalarına və möhkəmlənməsinə, ümumiyyətlə icmaların davamlılığına imkan verən fəaliyyətlər həyata keçirilmiş, lazımı bilgilər verilmiş və sənədlər tərtib olunmuş (məsələn Ailə Hazırlıq Planları), qarşılıqlı münasibətlər qurulmuşdur.

AzQAC və Avstriya Qızıl Xaç Cəmiyyəti arasındakı qurulmuş möhkəm dostluq əlaqələrindən bəhs edən layihənin koordinatoru bir neçə illər ərzində Avstriya QX Cəmiyyəti ilə həyata keçirilən pilot layihələrı xatırlatdı. Məhz O, layihələrin gedişatı zamanı əməkdaşlığın yeni fəaliyyətlərlə  aparılması ilə davam olunması haqqında birgə qərar qəbul olunmuşdur.

Daha sonra çıxış etmək üçün AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyevə söz verildi. Çıxışına AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun salamalarını çatdıraraq başlayan natiq AzQAC-nin TMİQ layihəsinin uğurla başa çatdığını vurğuladı. Layihə çərçivəsində bir sıra əlamətdar nailiyyətləri qeyd edən İcraçı Katib, Milli Cəmiyyət və dövlət strukturları, beynəlxalq partnerlar arasındakı münasibətlərin inkişafından söz açdı. Eyni zamanda O qeyd etdi ki, layihə AzQAC-ın əməkdaşlarına əlavə təcrübə və bilgiləri əldə etməyə imkan yaratdı və Danimarka və Avstriyada keçirilən seminar və treyninqlərdə iştirakların önəmli olduğlarını vurğuladı.

Konfransda iştirak edən Avstriya Qızıl Xaç Cəmiyyətinin regional koordinatoru Maykl Qrabner çıxışında 6 ildir davam edən layihənin uğurlu aparılmasından danışdı. AzQAC-ın TMİQ layihəsinin həyata keçirilməsindəki rolunun çox yüksək olduğunu qeyd etdi. Cənab Grabner layihə vasitəsilə AzQAC-ın potensialının möhkəmləndirilməsinə xüsusi önəm verdi. Həmçinin, layihənin komponentlərindən bəhs edən natiq dövlət strukturları ilə olan əməkdaşlığın çox vacib olduğunu vurğuladı.

Konfrans zamanı çıxış etmək üçün söz Fövqəladə Hallar Nazirliyinin (FHN) şöbə müdürü Namiq Abdullayev AzQAC və FHN ilə bağlanan anlaşma memorandumunun mahiyyətindən danışdı. Əməkdaşlıq münasibtlərinin layihənin həyata keçirilməsindəki rolundan bəhs edən natiq, belə birgə həyata keçirilən layihələrin, fəaliyyətlərin bundan sonra da davam olunmasına, əməkdaşlığın daha da sıx və səmərəli olmasına imkan yaratdığına ümid bəslədi.

Daha sonra çıxış edən İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Rüstəm Səmədov,  Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin əməkdaşlıq proqramının nümayəndəsi Rasim Allazov, İran Qızıl Aypara Cəmiyətinin   öz çıxışlarında TMİQ layihəsinin uğurla həyata keçirilməsindən və iştirak etdikləri simulasiyalarda olan təəssüratlarını iştirakçılarla bölüşdülər.

Konfransda naliyyətlərlə yanaşı mövcud vəziyyətin şərh olunması və gələcəkdə hansı addımların aparılması haqqında fikirlərin söylənməsi üçün müvafiq şərait yaradıldı.

Xatırlatmaq istəyirik ki, “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Avstriya İnkişaf və Əməkdaşlıq Agentliyi, Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə və texniki dəstəyi ilə Azərbaycanın İsmayıllı və Qusar rayonlarının 8 kəndində İcra hakimiyyətləri və kənd bələdiyyələrinin, yerli icmaların fəal iştirakı ilə 2012-ci ildən bu vaxta qədər uğurla həyata keçirilmişdir. Fürsətdən istifadə edərək Azərbaycan Qızıl Aypara Cəmiyyəti bütün təşkilatlara, tərəfdaşlara illər ərzində göstərilən dəstəyə görə dərin təşəkkürünü bildirir.

Sonda iştirakçılarla birlikdə xatirə şəkli çəkdirildi.IMG_1900 IMG_1906 IMG_1907 IMG_1915 IMG_1921 IMG_2102 IMG_2110

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.