48375535_2210121955870684_6546251443026788352_n

AzQAC-in Sabunçu rayon bölməsi 18 Dekabr Büynəlxalq Miqrant Gününü qeyd etdi

Hər il Dünyada 18 Dekabr Beynlxalq Miqrant günü qeyd edilir.  Globallaşan dünyanın önəmli, aktual məsələlərindən olan miqrasiya həmişə Azərbaycan Qızıl Aypara cəmiyyətin üzvlərinin diqqət mərkəzindədir. Son illər AzQAC-ti  Sabunçu Rayon Böməsi tərəfindən miqrant günü ilə əlaqədar uşaqlar üçün əhləncəli tədbirlərin təşkil edilməsi  ənənəyə çevrilib.  Belə ki, Beynəlxalq Miqrant günü münasibətilə Azərbaycan  Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon bölməsi, Miqrasiya və Sağlamlıq şöbələri və Sabunçu rayon üzrə Qadınlar Cəmiyyətinin fəal iştirakı və dəstəyilə Azərbaycan dili kursunun miqrant uşaqları üçün Yeni il şənliyi təşkil olundu. Tədbirdə AzQAC-in Sabunçu rayon Bölməsinin könüllüləri uşaqlar üçün xüsusi proqram hazırlamışlar. Uşaqlar üçün tədbirin keçirdiyi məkanda, Əyləncə Mərkəzində, nahar  süfrəsi təşkil edildi. Uşaqlar burada oyunlar oyunayıb, musigi sədaları altında rəqs edib, mahnı oxuyub, şənləndilər. Məclisə dəvət edilmiş ənənəvi Şaxta Baba  hazırlanan hədiyyə paketlərini uşaqlara təqdim edərək,  onların Yeni ilini təbrik etdi. Keçirilən aksiya valideynlər tərəfindən çox razılıqla qarşılandı. Aypara Cəmiyyətinin Sabunçu rayon bölməsinin  sədri Elmira Məlikova və üzvlər, Miqrasiya şöbəsinin Azərbaycan  dili müəllimi  Sona Hacıyeva, Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan Sağlamlıq” Proqramının korodinatoru Mətanət Qaraxanova, Sabunçu Rayonu üzrə Qadınlar Cəmiyyətinin sədri Həbibə Əliyeva tədbirdə iştirak etdilər.48383454_2210122509203962_1780908391149862912_n 48398124_2210122309203982_8142906445847855104_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.