“Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” nın 13.9.4-cü bəndində təhsil və tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində məktəbimizdə bir sıra silsilə tədbirlər keçirilmişdir.
Belə ki,19.12.2018-ci il tarixində 243 nömrəli tam orta məktəbdə Qızıl Aypra Cəmiyyətinin təşkilatçılığı ilə 8-9 siniflər üzrə insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiə istiqamətində maarifləndirmə məqsədilə “Doğru addım at!”adlı viktorina keçirildi. Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayonnun sədri Təranə İsgəndərova və məktəbin direktoru Alməmmədova İlhamə və diğər qonaqlar iştirak etdilər.Tədbirin sonunda adı gedən rayon bölmə sədri Təranə İsgəndərova və məktəbin direktoru İlhamə Alməmmədova qalib olan komandanı təbrik etdilər.