26 dekabr 2018-ci il tarixində «Azərikimya» İstehsalat Birliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin «Mərhəmətli olmağa tələsin!» devizi altında birgə keçirdiyi növbəti xeyriyyə aksiyasının davamı olaraq 31-i dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə 100 nəfər hər iki valideynini itirmiş,sağlamlıq imkanları məhdud olan, aztəminatlı ailələrin uşaqlarına şəhərimizdə yerləşən 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində bayram şənliyi keçirildi. Bu tədbir hər zaman Milli Cəmiyyətin humanitar missiyasında yaxından köməklik edən Pasha Sığorta ASC olmuşdur. Tədbirə giriş olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək, tədbirdə iştirak edən Pasha Sığorta ASC-nin əməkdaşlarını eləcədə bölmənin qeydiyyatında olan hər iki valideynini itirmiş,sağlamlıq imkanları məhdud olan, aztəminatlı ailələrin uşaqlarını salamlayaraq onları hər iki bayram münasibəti ilə təbrik etdi. Ənənə halını almış bu xeyirxah təşəbbüsə qoşulan, bu gün də bu missiyanı ürəklə davam etdirən Pasha Sığorta ASC-nin əməkdaşları da öz növbələrində bayram təbriklərini uşaqlarla bölüşdülər. Eyni zamanda bölmə sədri «Mərhəmətli olmağa tələsin!» aksiyasında aktiv iştirak edən Pasha Sığorta ASC üçün bölmənin hazırladığı xüsusi Təşəkkürnamə şirkətin əməkdaşına təqdim etdi.Tədbirdə Şaxta baba və Qar qız daxil olaraq uşaqlarla müxtəlif oyunlar keçirərək,tədbirin daha əyləncəli uşaqların isə sevincinə səbəb oldular.Bədii və rəqs kollektivləri uşaqlar qarşısında bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə çıxış etmişlər.Daha sonra hər iki valideynini itirmiş,sağlamlıq imkanları məhdud olan, aztəminatlı ailələrin uşaqlarına hazırlanmış bayram hədiyyələri təqdim olundu. Tədbir iştirakçılarıda təşkilatçılara,tədbirin ərsəyə gəlməsində əməli köməklik göstərən təşkilat nümayəndələrinə minnətdarlıqlarını bildirmişdilər. Tədbirin sonunda ənənəvi olaraq xatirə şəkilləri çəkildi.