Bu gün Azərbaycan Vərəm əleyhinə Koalisiyasının üzvləri millət vəkilləri ilə silsilə görüşlərin davamı olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili cənab Novruz Aslanovla görüşüblər.Görüşdə Koalisiya üzvləri ötən illər ərzində qurumun gördüyü əhatəli işlərdən danışıb, həyata keçirilən layihələr və onların nəticələri barədə deputata məlumat veriblər.
Cənab Novruz Aslanov Koalisiyanın fəaliyyəti ilə yaxından maraqlandığı və görülən işlərdən məmnun qaldığını söyləyərək tərkib hissəsi olaraq Milli Cəmiyyətinin bundan belə də həmişə koalisiyaya fəal tərəfdaş və möhkəm dəstək olacağını vurğuladı və bu fədakar qurumun hər bir üzvünə təşəkkürünü bildirdi.
Koalisiyanın üzvlərinin getdikcə artmasını önə çəkərək koalisiyanın sədri, “Sağlamlığa Xidmət” İctimai Birliyinin rəhbəri Elçin Muxtarlı Aypara cəmiyyətinin ölkədə aparılan Vərəm əleyhi layihələrdə və eyni zamanda koalisiyanın fəaliyyətindəki yorulmaz və möhtəşəm xidmətlərinə görə Aypara Cəmiyyətinin koalisiyadakı əməkdaşlarına və cənab Novruz Aslanova minnətdarlığını bildirdi və bundan sonra da bu əməkdaşlığın müsbət və səmərəli müstəvidə davam edəcəyinə inandığını bildirdi və qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri geniş müzakirə olundu.
Sonda kollektiv xatirə şəkli çəkildi və millət vəkili koalisiya üzvlərinə bədii yaradıcılıq məhsulu olan mahnılar toplusu və müəllifi olduğu “Mərhəmətin ünvanı” adlı kitabını hədiyyə etdi.
Koalisiya üzvləri bu səmərəli,səmimi və məhsuldar görüş üçün Novruz Aslana təşəkkür etdilər və bu görüşün xoş təəssüratının onların yaddaşında dərin iz buraxacağını söylədilər.