IMG-20191128-WA0011

Türk Kızıl Ay Cəmiyyətinin rəsmiləri Cocuq Mərcanlıda

Ölkəmizdə rəsmi səfərdə olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa və Asiya üzrə vitse-prezidenti, Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık və 3 nəfərlik nümayəndə heyəti Füzuli rayonu və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində oldu. Əvvəlcə Füzuli Rayon İcra Hakimiyyətində olan Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin pezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanova  Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyev  tərəfindən  rayon haqqında ətraflı məlumat verilib. Daha sonra Kərəm Kınık Alı laıyevə xatirə hədiyyəsi təqdim edib. Qonaqlar və icra hakimiyyəti nümayəndələri ilə birlikdə xatirə şəkli çəkdirilib. 

Qonaqlar Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə əklil qoyaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.  
Daha sonra sonra Cocuq Mərcanlı kəndində Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəhbərliyi və kənd sakinləri ilə görüş keçirilib. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qonaqlara Cocuq Mərcanlı kəndi haqqında ətraflı məlumat verib. Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık AzQAC-ın Fövqəladə Mobil Könüllü Dəstəsinin könüllüləri ilə görüşüb. Onların humanitar sahədə gördükləri işin önəmindən bəhs etdi. Türkiyə Respublikasınınprezdenti Rəcəb Tayyip Erdoğanın salamlarını görüş iştirakçılarına çatdırdı. Qonaqlar, həmçinin, Cocuq Mərcanlı kəndinin tam orta məktəbində və uşaq bağçasında olmuş və kənd məscidini ziyarət etmişlər. Hər iki Cəmiyyətin nümayəndə heyətini Azərbaycan və Türkiyə bayraqları ilə qarşılayan məktəblilərlə xatirə şəkli çəkdirildi.
Sonra Füzuli rayonunun Qazaxlar və Əhmədalılar kəndlərində sakinlər və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib. İctimaiyyətlə görüş zamanı AzQAC-ın prezidenti Novruz Aslanov bu ərazilərdə yeni salınmış və yenidən bərpa olunmuş qəsəbə və kəndlərin daim dövlətin diqqətində olduğunu qeyd edib. Xüsusilə də, cənab Prezidetn İlham Əliyevin diqqət və qayğısından bəhs edib. Həmçinin, AzQAC-ın cəbhəyanı ərazilərdə humanitar sahədə dövlətə ən yaxın yardımçı, qocaman təşkilat olduğunu iştirakçıların diqqətinə çatdırdı.  
Görüş zamanı cənab Kınık AzQAC-ın prezidenti cənab Novruz Aslanovun istər Azərbaycanda istərsə də humaitar sahədə beynəlxalq arenada çox nüfuzlu şəxs olduğunu bildirib. Məhz, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa və Asiya üzrə vitse-prezidenti seçilməsində Novruz Aslanvoun danılmaz rolu və əməyi olduğunu bildirdi. Cənab Kınık çıxışında ölkəmizə səfərinin məqsədinin Türkiyə və Azərbaycan Qızıl Aypara cəmiyyətləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və inkişaf etdirilməsi olduğunu bildirdi. Cəbhəyanı ərazilərə təşkil edilən səfərin əsas məqsədinin isə burada həyata keçirilən layihələrlə tanış olmaq və mövcud ehtiyaclarla bağlı gələcəkdə yardımların göstərilməsi olduğu söylədi. IMG-20191128-WA0009 IMG-20191128-WA0011 IMG-20191128-WA0015 IMG-20191128-WA0019 IMG-20191128-WA0020IMG_2832IMG-20191128-WA0023 IMG-20191128-WA0025 IMG-20191128-WA0026IMG-20191128-WA0034 IMG-20191128-WA0035 IMG-20191128-WA0039 IMG-20191128-WA0040IMG-20191128-WA0013IMG-20191128-WA0014IMG-20191128-WA0018IMG-20191128-WA0021IMG-20191128-WA0029IMG-20191128-WA0032IMG-20191128-WA0033IMG-20191128-WA0080

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.