Ölkəmizdə rəsmi səfərdə olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa və Asiya üzrə vitse-prezidenti, Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık və 3 nəfərlik nümayəndə heyəti Füzuli rayonu və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində oldu. Əvvəlcə Füzuli Rayon İcra Hakimiyyətində olan Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin pezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanova Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyev tərəfindən rayon haqqında ətraflı məlumat verilib. Daha sonra Kərəm Kınık Alı laıyevə xatirə hədiyyəsi təqdim edib. Qonaqlar və icra hakimiyyəti nümayəndələri ilə birlikdə xatirə şəkli çəkdirilib.