AzQAC əmkdaşlıq etdiyi müxtəlif dövlət və QHT-n üzvləri üçün mütəmadi şəkildə BQXQA Hərəkatına dair maarifləndirici tədbirləri (görüşlər, seminar, təlim, rəsm müsabiqələri və s.) həyata keçirir. 7 ildən artıqdır ki, Cəmiyyət Ombudsman apparatının nəzdində yaradılmış Azərbaycan Uşaq və Gənclər “Sülh” Şəbəkəsi ilə əməkdaşlıq edir. Şəbəkəyə Bakının müxtəlif məktəb və liseylərdə təhsil alan şagirdlər üzv olurlar. Əməkdaşlıq müddətində davamlı olaraq, şəbəkə üzvləri üçün AzQAC-in miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva və “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova tərəfindən müxtəlif mövzulara (sağlam həyat tərzi, qan donorluğu, uşaq hüquqları, qadın zorakılığı, miqrasiya, ekologiya, yoluxucu xəstəliklər və s.) həsr edilən maarifləndirici seminarların keçirilməsi üçün cəlb olunur.
Belə ki, 2019-cı il 18 noyabr tarixində Şəbəkənin yeni üzvləri üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, Hərəkatın 7 Fundamental Prinsiplərinə dair seminar keçirildi. Seminarda 50 nəfərdən çox uşaq və gənclər, onların valideynləri iştirak etmişlər. AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru M.Qaraxanova Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatı və Fundamental prinsipləri, AzQAC-n fəaliyyət istiqamətləri barədə geniş təqdimatla çıxış etmişdir. Tədbirdə iştirak edən məktəblilərdən bir çoxu, onların məktəblərində bu kimi seminarların təşkil olunmasını təklif etmişlər.