Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına dair fəaliyyətlər arasında bu Hərəkat haqqında əhalinin maariflənməsi əsas fəaliyyətlərdən biri hesab olunur. Belə ki, 2015-ci ildə Hərəkatın 7 Fundamental prinsiplərinin 50 illiyi qeyd edilir.
Bu əlamətdar günlə əlaqədar AzQAC əmkdaşlıq etdiyi müxtəlif dövlət və QHT-da BQX/QA Hərəkata dair təbliğat yönümlü silsilə tədbirləri davam etdirərək. (görüşlər, seminar, rəsm müsabiqələri və s.) təşkil edir.
AzQAC Bakıda məskunlaşan müxtəlif ölkələrdən olan miqrantlarla mütəmadi olaraq silsilə humanitar, tibbi-sosial yönümlü fəaliyyətləri həyata keçirir. Onlardan azərbaycan dili kursları, icmaya əsaslanan sağlamlıq, ilk yardım və s. fəaliyyətləri xüsusi qeyd etmək olar.
2015-ci il 8 sentyabr tarixində “Həyat” Beynəlxalq Humanitar Təşkilatı nəzdində fəaliyyət göstərən Qadın və gənclər mərkəzində AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı və Gənclər və könüllülər şöbəsi tərəfindən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 7 Fundamental Prinsiplərinin 50 illiyinə həsr edilən seminar təşkil olunmuşdur. Seminarda 23 nəfər əfqan, iran, çeçen icmalarından olan qadın və gənclər iştirak etmişlər. Seminar iştirakçılarına Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatın banisi olan Anri Dünan, yaranma tarixi, 7 Fundamental prinsipləri və digər məlumatlar əyani materiallardan istifadə edərək, çatdırılmışdır. Seminarın praktiki hissəsində iştirakçılar 7 kiçik qruplar yaradaraq, Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatının prinsiplərinə dair tapşırıqları yaradıcı bacarıqlarını istifadə edərək, böyük həvəslə yerinə yetirmişlər. Bu işdə onlara AzQAC-in İcraçı katibinn müavini, Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova və “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova məsləhətlər vermişlər. Sonra isə hər qrup öz tapşırıqlarını nümayiş etmişlər. Qrup üzvlərinin məharətlə hər prinsipi nümayiş etdirməsi iştirakçılar tərəfindən bəyənilib, xoş qarşılandı. Sonda seminar iştirakçıları gələcəkdə könüllü olub, digər fəaliyyətlərə qatılmaq istəklərini bildirmişlər. AzQAC-in hazırladığı informasiya vərəqələri seminar iştirakçılarına paylanılmışdı.