P1070084

Miqrantlara Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına dair seminar keçirildi

 

 

Beynəlxalq Qızıl Xaç və  Qızıl Aypara Hərəkatına dair fəaliyyətlər arasında  bu Hərəkat haqqında əhalinin maariflənməsi əsas fəaliyyətlərdən biri hesab olunur. Belə ki,  2015-ci ildə Hərəkatın 7 Fundamental prinsiplərinin 50 illiyi  qeyd edilir.

Bu əlamətdar günlə əlaqədar  AzQAC əmkdaşlıq  etdiyi müxtəlif dövlət və QHT-da  BQX/QA Hərəkata dair təbliğat yönümlü  silsilə  tədbirləri davam etdirərək. (görüşlər, seminar, rəsm müsabiqələri və s.) təşkil edir.

AzQAC Bakıda məskunlaşan müxtəlif ölkələrdən olan miqrantlarla mütəmadi olaraq silsilə humanitar, tibbi-sosial yönümlü fəaliyyətləri həyata keçirir.  Onlardan azərbaycan dili kursları, icmaya əsaslanan sağlamlıq, ilk yardım və s.  fəaliyyətləri xüsusi qeyd etmək olar.

2015-ci il 8 sentyabr tarixində “Həyat” Beynəlxalq Humanitar Təşkilatı nəzdində fəaliyyət göstərən Qadın və gənclər mərkəzində AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı və Gənclər və könüllülər şöbəsi tərəfindən Beynəlxalq  Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 7 Fundamental Prinsiplərinin 50 illiyinə həsr edilən seminar təşkil olunmuşdur. Seminarda 23 nəfər əfqan, iran, çeçen icmalarından olan qadın və gənclər  iştirak etmişlər. Seminar iştirakçılarına Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatın banisi  olan Anri Dünan, yaranma tarixi,  7 Fundamental prinsipləri və digər  məlumatlar əyani materiallardan istifadə edərək,  çatdırılmışdır. Seminarın praktiki hissəsində iştirakçılar 7 kiçik qruplar yaradaraq, Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatının prinsiplərinə dair tapşırıqları   yaradıcı bacarıqlarını istifadə edərək,  böyük həvəslə  yerinə yetirmişlər. Bu işdə onlara AzQAC-in  İcraçı katibinn müavini, Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova və “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova  məsləhətlər vermişlər. Sonra isə hər qrup öz tapşırıqlarını nümayiş etmişlər. Qrup üzvlərinin məharətlə  hər prinsipi nümayiş etdirməsi  iştirakçılar tərəfindən bəyənilib, xoş qarşılandı. Sonda seminar iştirakçıları gələcəkdə  könüllü olub, digər fəaliyyətlərə qatılmaq istəklərini bildirmişlər. AzQAC-in hazırladığı informasiya vərəqələri seminar iştirakçılarına paylanılmışdı.P1070119 P1070115

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.