2015-ci il Sentyabr ayının 1-dən 3-nə kimi Təhlükəsiz və Möhkəm İcmaların Qurulması I layihəsinin son mərhəhələləri və yeni ərəfəyə planlaşdırılmış layihənin və onun sənədlərinin (məntiqsal çərçivə, bücəç fəaliyyət planı) müzakirəsi ilə bağlı Avstriyanın Vyana şəhərində Cənubi Qafqaz regionun üç Milli Cəmiyyətinin (Azərbaycan, Ermənistan, Gürcüstan) iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə ilk növbədə Cənubi Qafqaz regionun üç Milli Cəmiyyətinin (Azərbaycan, Ermənistan, Gürcüstan) nümayəndələrinə 2010-cü ildə başlanılmış təşəbbüsün uğurla başlanması və davam olunması üçün Avstriya Qızıl Xaç Cəmiyyəti tərəfindən təşəkkür bildirilmiş və ümüdvar olunmuşdur ki, növbəti illərdə də layihə gözəl nəticələrlə təqdim olunacaq. Eyni zamanda ADA-nın (Avstriya İnkişaf Agentliyinin) ölklərə olan strateji marağı qeyd edilmiş və gələcəkdə nəzərdə tutduğu addımları təqdim olunmuşdur. Təhlükəsiz və Möhkəm İcmaların Qurulması layihəsinin növbəti üç ilin ərzində davam olunması planlaşdırılır və bunun mümkün olunması üçün yaxın vaxtlarda bütün tələb olunan sənədlər lazımı qaydada yazılmalı və donor təşkilata təqdim olunmalıdır