Azərbaycan Qızıl Aypara Cəmiyyətinin(AzQAC) müxtəlif dövlət və özəl təşkilatlar və şirkətlərlə əməkdaşlıq çərçivəsində bir çox humatitar yönümlü tədbirləri həyata keçirir. Belə ki, Müqəddəs Qurban Bayraml ilə əlaqədar sentyabr ayının 24-25 tarixində Xətai rayonunda yerləşən Medika Hospital klinikasında AzQAC-in Xətai Rayon Bölməsinin vasitəsilə aztəminatlı ailələr, SOS-uşaq kəndinin uşaqları üçün pulsuz tibbi xidmət (həkim məsləhəti və tibbi-laborator müayinələr ) təşkil olunmuşdur. Aksiyaya 100-dən artıq böyük və uşaqlar cəlb olunmuşlar. Onlara müxtəlif ixtisaslı həkimlər tərəfindən baxış keçirilmiş, tibbi-laborator müayinələr təyin edilmiş, cərahiyyə əməliyyat (sünnət) olunmuşdur. Müayinələrə qanın ümumi müayinəsi, ultrasəs, rentgen və s. kimi müayinələr daxilidi. Müayinə və müalicə olunan insanlar “Medika Hospital”-ın baş həkimi Şahrud Əhmədova, AzQAC-in Xətai Rayon Bölməsinin sədri Günel aksiyanı yüksək səviyyədə təşkil etdiklərinə görə razı olduqlarını və xüsusi təşəkkürlərini bildirmişlər. Tədbirdə AzQAC-in İnformasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Seymur Humbətov və “ İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova iştirak edib, aksiyaya cəlb olunan əhaliyə diqqət və qayğı göstərmişlər