12039724_400749976787329_2853329095769135032_n

Xətai rayonunda aztəminatlı ailələrə tibbi humanitar aksiya təşkil olundu

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin(AzQAC)  müxtəlif dövlət və özəl  təşkilatlar və şirkətlərlə əməkdaşlıq çərçivəsində bir çox humatitar yönümlü tədbirləri həyata keçirir. Belə ki,  Müqəddəs Qurban Bayraml ilə əlaqədar  sentyabr ayının 24-25 tarixində Xətai rayonunda yerləşən Medika Hospital  klinikasında AzQAC-in Xətai Rayon Bölməsinin vasitəsilə  aztəminatlı ailələr, SOS-uşaq kəndinin uşaqları üçün pulsuz tibbi xidmət (həkim məsləhəti  və tibbi-laborator müayinələr ) təşkil olunmuşdur.  Aksiyaya 100-dən artıq böyük və uşaqlar cəlb olunmuşlar. Onlara müxtəlif ixtisaslı həkimlər  tərəfindən baxış keçirilmiş, tibbi-laborator müayinələr  təyin edilmiş, cərahiyyə əməliyyat (sünnət) olunmuşdur.  Müayinələrə qanın ümumi müayinəsi,  ultrasəs, rentgen  və s. kimi müayinələr daxilidi.  Müayinə və müalicə olunan insanlar “Medika Hospital”-ın baş həkimi Şahrud Əhmədova,  AzQAC-in Xətai Rayon Bölməsinin sədri Günel  aksiyanı yüksək səviyyədə təşkil etdiklərinə görə razı olduqlarını və xüsusi təşəkkürlərini bildirmişlər.  Tədbirdə AzQAC-in İnformasiya və beynəlxalq əlaqələr  şöbəsinin müdiri Seymur Humbətov və “ İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova    iştirak edib,  aksiyaya cəlb olunan əhaliyə  diqqət və qayğı göstərmişlər12039724_400749976787329_2853329095769135032_n P1070188 12032206_400749980120662_1644307892673526686_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.