Son illər ərzində Azərbaycanda vərəmlə mübarizə sahəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Vərəm əlehinə Azərbaycan QHT Koalisiyanın üzvü olaraq müxtəlif milli və beynəlxalq tədbirlərdə iştirak edir. Qeyd etmək lazımdır ki, Vərəm əlehinə Azərbaycan QHT Koalisiya Vərəm əleyhinə Avropa Koalisiyasının üzvüdür. Belə ki, 2020ci il 19 iyun tarixində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Vərəm əleyhinə Avropa Koalisiyasının əlaqələndirici dəstəyi ilə “Sağlamlığa Xidmət” İctimai birliyi tərəfindən “Vərəm və COVİD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində “Vətəndaş Cəmiyyəti təşkilatları və icmaların COVİD-19 pandemiyası dövründə Milli Vərəm və İİV/QİÇS-lə mübarizə proqramlarına dəstəyi – Beynəlxalq təcrübə” mövzusunda keçirilən növbəti onlayn konfransda iştirak etmişdir. Koronavirusun sürətlə yayılması nəticəsində tibbi xidmətlərin əlçatanlığı və keyfiyyəti ilə bağlı proqnozlaşdırılan dəyişikliklər resursların yenidən bölüşdürülməsini və səhiyyə xidmətlərinin fasiləsiz təmin edilməsi istiqamətdə təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib. Konfransın məqsədi COVİD-19 pandemiya zamanı Moldova Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) Milli Vərəm və İİV/QİÇS-lə mübarizə proqramlarına dəstək olmaq üçün həyata keçirdikləri müsbət təcrübələrlə tanış olmaq idi. Bu baxımdan konfransda QHT-lər bu çətin dövrlərdə profilaktika, müalicə və qayğı, təbliğat və ictimai monitorinqlə bağlı xüsusi fəaliyyət təcrübələrini və öyrənilmiş dərsləri bölüşdülər.
Ümumdünya Səhiyyə təşkilatı ölkə nümayəndəsi Dr. Cəvahir Süleymanova, Ümumdünya Səhiyyə təşkilatının Avropa Regional bürosunun nümayəndəsi Dr. Oqtay Gözəlov və Cenevrədə yerləşən Stop TB Partnerşip qurumunun proqram rəhbəri Dr. Thandi Katlholo konfransda iştirak etmişlər.
Moldovanın Vərəm və İİV/QİÇS-lə mübarizə aparan SMİT, AFİ, TDV və Speranta Terrei qeyri-hökumət təşkilatlarının nümayəndələri COVİD-19 pandemiyası dövründə Milli Vərəm və İİV/QİÇS-lə mübarizə üzrə Dövlət proqramalarının icrasının davamiyyəti üçün göstərilən dəstək barədə təqdimatla çıxış etmişlər. Konfransda Az.QAC-n “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru M.Qaraxanova və Miqrasiya şöbəsinin mütəxəssisi S.Hacıyeva iştirak etmişlər.