IMG_20200715_120217_2

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin başçısı ilə görüşdü

İyulun 15-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslanov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin başçısı xanım Elena Aymone Sessera ilə görüşüb. Görüş AzQAC-ın baş ofisində baş tutub.

Görüş zamanı Novruz Aslanov xanım Elena Sessera ilə sərhəd boyunca 12 iyul 2020-ci il tarixindən etibarən intensivləşmiş və barəsində məlumat verilmiş hərbi fəaliyyətlərin humanitar fəsadlarına görə narahatçılıq bildirmişlər. Belə ki, hərbi fəaliyyət həmin ərazilərdə yaşayan mülki əhali üçün əlavə risklər yaradır və onların dolanışıq vasitələrinə çıxış imkanına təsir göstərir.

Digər müzakirə mövzusu AzQAC-ın öz missiyasına uyğun olaraq fəaliyyəti, xüsusilə fövqəladə vəziyyətlərə cavab verilməsi üçün milli cəmiyyətin mövcud potensialı və texniki imkanları barədə olub.

Pandemiya dövründə AzQAC-ın hökumət strukturları ilə səmərəli əlaqələri, yerli və xarici tərəfdaşları ilə işgüzar münasibətləırinin daha da möhkəmləndirilməsi və COVİD-19 virusuna qarşı mübarizədə ayparaçıların və könüllülərin fəaliyyəti yüksək qiymətləndirilib.IMG_20200715_120315_3IMG_20200715_120315_2IMG_20200715_120217_2

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.