1992 –ci ildən başlayaraq 10 Oktyabr Ümumdünya Psixi sağlamlıq günü Ümumdünya Psixi Sağlamlıq Federasiyanın təşəbbüsü ilə dünyada qeyd edilir. Bu günün qeyd olunmasında fəal iştirakçılarından Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı və Panamerikan Səhiyyə Təşkilatlarını xüsusi qeyd etmək lazımdır. AzQAC- bu günün qeyd olunmasında fəal iştirakçılarından biridir. Belə ki, 2005-ci ildən AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində bu gündə əhalinin psixi sağlamlıq barədə maariflənməsi, profilaktik tədbirlərin təşkili, psixi sağlamlığın yaxşılaşması və xəstələrə müalicə xidmətlərin əlçatan olması kimi məsələlərə həsr edilən təbliğat yönümlü tədbirləri həyata keçirir. Bu il “ Psixi sağlamlıqda ləyaqət “şüarı altında günün qeyd olunması tövsiyyə olunur.Bu günün qeyd olunması bir daha psixi sağlamlığın qorunmasına, psixi pozuntular və xəstəliklərlə yaşayan insanlara qulluq və xidmət göstərənailə üzvləri, dostlar, tibb işçiləri onların ləyaqətini qorumağa çalışmalıdırlar.
Bu ildə Cəmiyyətin Sağlamlıq və qayğı şöbəsi, Sabunçu RB əməkdaşları və könüllüləri daim əməkdaşlıq etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı Psixiatrik klinikasında Ümumdünya Psixi Sağlamlıq Gününə həsr edilən tədbirə dəvət olunaraq, iştirak etmişlər. Adı çəkilən tədbirdə Sabunçu rayonun İcra hakimiyyəti, Səhiyyə idarəsi, Polis bölmələrinin və beynəlxalq təşkilatlarınınnümayyəndələri dəiştirak etmişlər. Xəstəxananın baş həkimi Agahüseyn Rəsulov tədbir iştirakçılarını salamlayıb, Ümumdünya Psixi Sağlamlıq günü ilə əlaqədar xəstəxanada təşkil edilən tədbir barədə məlumat vermişdi. Sonra xəstəxananın həkim mütəxəssisləri Azərbaycanda psixi sağlamlıq sahəsində göstərilən tibbi və hüquqi xidmətlər haqqında məlumatları iştirakçılara çatdırılmışlar. Psixi xəstələrin hüquqlarının pozulma hallarına aid videoçarx nümayış edilmişdir. Tədbir xəstəxananın reabilitasiya şöbəsindən olan bir qrup xəstələrin iştirakı ilə konsert proqramı ilə davam olundu. Bununla yanaşı psixi xəstələrin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. AzQAC-in Sabunçu RB-in dəstəyi ilə xəstələrə şirniyatlar təqdim etmişdir