Az.QAC Suraxanı RB-si “Humanitar Yardım Günü” münasibətilə ehtiyacı olan insanlara yardım göstərdi. Rayon ərazisində yaşayan 55 nəfəri sevindirdik. Tənha qocaları, əlilləri, aztəminatlı və çox uşaqlı ailələri hissə-hissə idarəyə dəvət edib ərzaq yardımları paylanıldı. Az.QAC Suraxanı RB sədri Turan xanım Hüseynova Cəmiyyətin adından dəvət olunanlara bir daha “COVİD-19″ virusunundan qorunma qaydaları haqqında söhbət apardı və onlara bukletlər paylanıldı. Dəvət olunanlar onlara diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.