5b7930901ebef

19 avqust – Beynəlxaq Humanitar Yardım Günüdür.

Hər il avqust ayının 19-u dünyada Beynəlxaq Humanitar yardım günü kimi qeyd olunur.Bu gün BMT tərəfindən 2008- ci ildə təsis edilib.2009-cu il avqustun 19-da bu gün ilk dəfə qeyd olunub.Bu tarix ehtiyacı olan insanlara humanitar yardım  göstərəkən həyatını itirmiş humanitar yardım işçilərinin xatirəsinə həsr olunur.

2003-cü il avqust ayını 19-da İraqda  baş verən partlayış zamanı həmin ölkədə öz humanitar yardım missiyasını yerinə yetirən bir qrup əməkdaş faciəli surətdə həlak olmuşlar. Məhz bu tarix onların xatirəsini anmaq üçün xüsusi olaraq seçilib.Dünyada humanitar yardım missiyasını həyata keçirən əməkdaşlar,könüllülər və fəallar milyonlarla insanın həyatını qurtarmaq üçün köməkliklərini əsirgəmirlər.Bəzən onlar öz həyatlarını riskə ataraq münaqişə zonalarında, təbbii fəlakətlərin baş verdiyi ərazilərdə yardıma ehtiyacı olanlara köməklik göstərirlər.

Dünyada ekoloji və sağlamlıq problemlərinin,münaqişə ocaqlarının və təbbii fəlakətlərin çoxalması və s.buna bənzər böhranlı vəziyyətlər humanitar yardım işçilərinin fəaliyyətinin  önəmini daha da artırır.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti də öz  növbəsində dünyada  humanitar yardım əməliyyatlarında həlak olmuş və zədələnmiş  humanitar yardım işçilərinə bir daha ehtiramını ifadə edərək, xeyirxah missiyasına uyğun olaraq humanitar yardım fəaliyyətlərinin həyata keçməsində hər zaman həmrəylik nümayiş etdirmişdir.

                                                                                            Humanitar yardım şöbəsi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.