Adının hallanmağını istəməyən xeyirxah insan tərəfindən Az.QAC Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 15 nəfər daha ehtiyaclı ahıla qurban payı və ərzaq bağlamaları paylanıldı. Az.QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova Allah rizası ücün əl tutan xeyirxah insana öz adından və kollektiv adından minnətdarlığını bildirdi.Ahıllar da daima onları diqqətdə saxlayan xeyriyyəçimizə öz xeyir-dualarını verdilər. Bizdə öz növbəmizdə deyirik: Allah qəbul eləsin! Digər insanları da belə xeyirxah işlər görməyə səsləyirik!