BMT-nin uşaq fondunun təklifi ilə 2008 ildən 15 oktyabr- “Beynəlxalq əl yuma günü” kimi qeyd olunur. Uşaq bir hədiyyədir. Sirrli bir dünyadır. Biz onların sağlam olması üçün əlimizdən gələni etməliyik. Düşünsək ki, ümumiyyətlə gündəlik çox işlər əllər vasitəsi ilə edilir. Əllərin düzgün yuyulması eyni zamanda gigiyena və uşaqların sağlamlığı baxımından çox vacibdir və son dərəcə əhəmiyyətli bir vərdişdir. AzQAC-nin Sabunçu rayon bölməsi 191 saylı uşaq bağçasında Beynəlxalq əl yuma gününü qeyd etdi. Əl yumanın vacibliyini uşaqlara oyun vasitəsilə izah etdik, bir vərdiş kimi öyrətdik, doğru yumanın sağlamlıq üçün çox əhəmiyyətli olduğunu vurquladıq. Uşaqlar sağlamlıq haqqında çoxlu şerlər söylədilər. tədbirin sonunda simvolik olaraq uşaqlara sabun payladıq.