Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax rayonunda həyata keçirdiyi layıhələr çərçivəsində 10 noyabrın 2020-ci il tarixdə
Qazax rayonu 2-ci Şıxlı kəndində Litva səfirliyinin dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yüksək səviyyədə inşa edilən yeni Təhlükəsiz Oyun Meydançasının təhvil təslim və açılış mərasimini keçirildi açılış nitgində AzQAC-in Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı çıxışında görüş iştirakçılarına Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovun salamlarını və arzularını çatdıraraq ölkəmizdə fəaliyyət göstərən Litva səfirliyinin son dörd ildə aparılan humanitar fəaliyyətləri dəstəkləməsini xüsusi vurğuladı. Məktəbin direktoru Kazımov Rauf Sarı oğlu tədbirin əhəmiyyətindən söz açaraq belə meydançaların inşasının daha da geniş hal alacağına ümidvar olduğunu bildirdi. Rayon rəhbərliyinə və Qızıl Aypara Cəmiyyətinə bu layihənin həyata keçrilməsi üçün yaratdıqları şəraitə görə minnətdarlığını bildirərək əlaqələrin daha da genişlənəcəyinə əmin olduğunu bildirdi.
2-ci Şıxlı kəndində Litva Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yüksək səviyyədə inşa edilən yeni Təhlükəsiz Oyun Meydançasının açılış Mərasimində məktəbin çox saylı müəllim kollektivi, valideyinlər, kənd icra nümayəndəsi, bir qrup şagird, Qazax rayon AzQAC-nin bölməsinin digər əməkdaşları və könüllüləri iştirak etmişlər. Açılış mərasimində uşaqlar öz sevinclərini açıq büruzə verərək onlar üçün inşa edilmiş bu gözəl meydançanın qurğularından istifadə etdilər. Bu simvolik açılış mərasimində çıxış edən kənd icma üzvləri və valideyinlər belə əhəmiyyətli layihə üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və bu layihədə ona dəstək vermiş Litva Respublikasının Azərbaycandakı səfirliyinə təşəkkür etdilər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti də öz növbəsində belə gözəl humanitar layihəyə dəstək olduqlarına görə Litva Respublikasının Azərbaycandakı səfirliyinə təşəkkür edir və bu əməkdaşlığın yaxınlarda erməni işğalından azad edilən Azərbaycan respublikası rayonlarında və kəndlərində mina riskli ərazilərdə də uğurlu və davamlı olacağına inamını bildirir.