07 Dekabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin Asiya və Avropa Regionu Üzrə direktoru Martin Şueep, Nümayəndəliyin rəhbəri Ariana Bauer və Az QAC-ın İcraçı katibi Ceyhun Mirzəyev və müavini Şaban Şayevin iştirakıı ilə baş tutan görüşdə məlum Dağlıq Qarabağ konflikt zamanı Cəmiyyətin məhsuldar fəəaliyyəti, ehtiyaclı insanlara vacib yardımların göstərlməsində cəmiyyətin məhsuldar rolu müzakirə olunmuşdur. Həmçinin gələcək fəaliyyətlərdə və planlaşdırmada BQXK-i ilə Milli Cəmiyyət arasında əlaqələrin genişləndirilməsi ətraflı şəkildə müzakirə olunmuşdur. Görüş zamanı Milli Cəmiyyətin 100 illik yubiley medalı qonağa təqdim edilmişdir.