Azərbaycan Qızıl Aypara Cəmiyyəti 27 sentiyabr 2020-ci il tarixdən etibarən hərbi münaqişə nəticəsində zərər çəkmiş mülki əhaliyə humanitar yardımlarını davam etdirir. Milli Cəmiyyət həm daxili imkanlarını səfərbər edərək, eləcə də tərəfdaş donor təşkilatlarla birgə fəaliyyətlər həyata keçirir.Bu müddət ərzində əsas hədəf qurupları müəyyən edilmiş ,ilkin ehtiyyaclar qiymətləndirirlmiş və fəaliyyət pılanına uyğun efektiv tədbirlər öz səmərəsini vermişdir.Əsəsən humanitar yardımların çeşidi zəruri ehtiyaclara uygun seçilmış,onların operativ çatdırılması üzrə işçi qrup yaradılaraq çevik cavabvermə mexanizmi təmin edilmişdir.Müəyyən edilmiş müvafiq kriteriyalara uyğun ehtiyaclı insanların məskunlaşdıgı müvəqqəti ünvanlar bir daha dəqiqləşdirilmiş,humanitar yardımların çatdırılması uçun hərəkət trayektoriyası dəqiq təhlillər nəticəsində müəyyən edilmişdir.Beləliklə humanitar yardımların çatdırılması prosesinə mərhələli ardıcıllıqla yenidən start verilmlşdir.Növbəti missiya 9 fevral 2021-ci il tarixdə Tərtər rayonunda,10fevral tarixində isə Mingəçevir şəhərində gercəkləşdi.Tədbirlərdə Az.QAC-nin İcraçı Katibi,FHHC şöbəsinin müdiri Elşən Səlimzadə,Humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov,Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov,Təhcizat sektorunun rəhbəri Renat Vəliyev, aidiyyatlı ərazi üzrə bölmələrin məsul əməkdaşları və könüllülər iştirak etdilər.
Tərtər rayonunda hərbi münaqişə nəticəsində yaşayış yerləri tamamilə və ya qismən dağılmış insanlara,eləcə də şəhid ailələrinə, ümumulikdə 30 ailəyə, Mingəçevir şəhərində isə eyni kateqoriyadan olan ümumulikdə 70 aləyə onların ehtiyaclarına uyğun humanitar yardımların çatdırılması prosesi davam edir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti ,Milli Məclisin deputatı cənab Novruz Aslanovun bilavasitə göstəriş və tapşırıqlarına əsasən ehtiyaclı insanların problemlərinin mümkün imkanları səfərbər etməklə həll edilməsi daima diqqətdə saxlanılır və bu istiqamətdə humanitar missiya davam etməkdədir.