2021-ci il fevralın 5-də AzQAC-ın baş ofisində fövqəladə hallara hazırlıq və cavabvermə planı mövzusu əsasında iclas keçirilmişdir. İclası giriş sözü ilə açan AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev iclas iştirakçılarını salamlayaraq onların Milli Cəmiyyətə dəstək məqsədilə gəlməsindən məmnunluq hissi duyduğunu bildirdi. Hərəkatın tərkib hissələrinin bir-birilə daim qarşılıqlı əməkdaşlıq çərçivəsində öz fəaliyyətlərini qurduğunu bildirdi. Müharibə dövründə mövcud vəziyyətdən zərərçəkən insanların rifahının yaxşılaşdırılması sahəsində mühüm işlərin görülməsidən, istər BQXK istərsə də BQXQAC Federasiyası ilə birlikdə həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs etdi.
Bütün fəaliyyətlərin qarşılıqlı əməkdaşlıq və razılıq çərçivəsində aparılacağı bildirildi. İclasda,həmçinin, hədəf qruplar müəyyənləşdirildi. AzQAC prezidentinin fövqəladə hallara hazırlıq və cavabvermə üzrə müşaviri Elşən Səlimzadə çıxışında bu sahə haqqında ətraflı məlumat verdi.
Federasiyanın nümayəndələri çıxışında COVİD-19 ilə mübarizə çərçivəsində artıq Milli Cəmiyyətin özünün pandemiya ilə mübarizədə uğurlu nəticələr əldə etdiyini qeyd etdilər. FHH və Cavabvermə planı deyəndə o özlüyündə konteksi, müdaxilələri nəzərdə tutaraq, həmçinin, koordinasiya və partnyorlarla iş nəzərdə tutur. Bu plan əsasında biz artıq ən ehtiyaclı insanlara daha çox yardım edə biləcəyik. İcmaların inkişafı planın bir hissəsi kimi daim diqqət mərkəzində olacaq.
Daha sonra AzQAC-ın və BQXQAC Federasiyasının nümayəndələri qarşılıqlı şəkildə fikir mübadiləsi apardılar. Təkliflər və rəylər dinlənildi. Müzakirələr 3 qrupa bölünməklə aparıldı. Sonda müvafiq qərarlar qəbul edildi.