Azərbaycan Qızı Aypara Cəmiyyətinin tərəfdaş donor təşkilatlarla işgüzar əməkdaşlıgı davam etməkdədir.Müxtəlif sahələr üzrə qurulan səmərəli əməkdaşlıq fəaliyyətlərin əhatə dairəsinin genişlənməsi ilə yanaşı eyni zamanda sosial məsələlərin həllində öz töhfəsini verməkdədir.Milli Cəmiyyətimizin bu sahədə gördüyü işlər üğurla davam etməkdədir.Qeyd edilən məsələlər ətrafında sistemli əlaqələndirmənin düzgün təşkili,yerlərdə ehtiyaclı kateqoriyadan olan insanların müəyyən edilərək humanitar yardımlarla təmin edilməsi,QAC-nin yerli bölmələri ilə birlikdə əsas istiqamətlərin müəyyənləşməsi prosesi davam edir.Nəticə etibarı ilə yekunda planlaşdırılan fəliyyətlər Milli Cəmiyyət rəhbərliyini tapşırıq və tövsiyyələri nəzərə alınmaqla həyata keçirilir.Humanitar yardımların təşkili,anbara qəbul edilməsi,növbəti addım olaraq paylanışının müəyyən edilmiş ardıcıllıqla həyata keçirilməsi prosesi davam edir.
Yevlax şəhərində yerləşən anbarda mövcud vəziyyətin qiymətləndirilməsi,lazımi təhlillərin aparılması ilə bağlı növbəti planlaşdırma görüşündə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının təhcizat və planlaşdirma üzrə nümayəndəsi Rusdam Jiqunov, AzQAC-nin Humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov,Miqrasiya şöbəsinin müdiri, anbar və təminat üzrə AzQAC-nin Yevlaxdakı məsul nümayəndəsi Məmməd Kətanov, təhcizat sektorunun rəhbəri Renat Vəliyev iştirak edirdilər.