8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı günü və Ramazan ayı ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti silsilə tədbirlərə start verib. Belə ki, 30 Aprel tarixində Gənclər və könüllülər , Fövqaladə hallar şöbəsinin və Türk Qızıl Ayının təşkilatçılığı ilə Bakı şəhərində yerləşən 1 saylı körpələr evində və Xəzər rayonunda yerləşən 4 saylı xüsusi tipli internat məktəbində tədbir keçirilmişdir.
102 nəfər uşaq üçün şirniyyatlar, geyimlər, oyuncaqlar, sanitar –gigenik ləvazimatlar və s. Bayram hədiyyələri təqdim edilmişdir. Tədbirdə Humanitar yardım, Miqrasiya, və Təchizat şöbələrinin əməkdaşlarıda da iştirak etmişlər.