Hər il olduğu kimi bu il də Ümumdünya Ahıllar Günü münasibəti ilə bölmə qeydiyyatında olan yaşlılar unudulmadı.Pandemiya qaydalarına uyğun olaraq, fərqli saatlarda dəvət olunan ahıllar bayram sovqatlarını almaq ücün bölməyə dəvət olundular. Bölmə sədri Mətanət Məhərrəmova onları bayram münasibəti ilə təbrik edərək, xoş arzularını bildirdi. Ahıllar da öz növbələrində daima onları diqqətdə saxlayan bölmə əməkdaşlarına və xeyriyyəçilərə öz minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda ərzaq sovqatları könüllülər tərəfindən ahıllara təqdim olundu.Bölməyə gəlmək iqtidarında olmayan yaşlıların bayram sovqatları könüllülər tərəfindən evlərinə çatdırıldı.