İlk dəfə “Köməkçilərə Kömək” təlim kursu 2016-ci ilin Aprel ayında baş vermiş eskalasiya sonrası BQXK tərəfindən 2017-ci ildə keçirilmişdir. Kurs ilk illərdə keçmiş cəbhəyanı bölgələrdə yaşayan müəllimlər üçün nəzərdə tutulmuşdur.
2021-ci ildən etibarən bu təlimlərin keçirilməsi 2020-ci ildə baş verən eskalasiya zamanı aktiv fəaliyyət göstərmiş könüllülər üçün də nəzərdə tutulub.
Füzuli bölməsinin 15 FMKD üzvü üçün “Köməkçilərə Kömək” təlim kursu BQXK dəstəyi ilə AzQAC psixoloqu Nigar Qədəşova tərəfindən keçirilmişdir. Təlimlər zamanı stres və onun təsirləri, depressiya və təşviş, ünsiyyət bacarıqları və s. kimi mövzular müzakirə olunmuşdur.